Sahibkarlığa sıfırdan başlamaq çox çətindir. Buna görə də, ilkin sərmayəsi olmayan gənclər beyinlərində kreativ biznes-ideyalarla bağlı xəyal qursalar da, çox vaxt bu arzular arzu olaraq qalır.
Lakin bütün dünyada, belə deyək ki, “biznes-inkubatorlar” fəaliyyət göstərir ki, burada ümid verən gənclərə yardım etmək tendensiyası mövcuddur. Yaxın günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində UNEC beynəlxalq abreviaturası ilə fəaliyyət göstərən İnnovativ Biznes-İnkubatorunun (İBİ) fəaliyyəti ilə tanış ola bildik.
Buranın direktoru Mircavad Həsənovun sözlərinə görə, 2014-cü ildə təsis edilən müəssisə Azərbaycanda bu formatda açılan ilk müəssisədir:
“Burada növbəti bölmələr cəmlənib – start-up inkişaf mərkəzi, treninq mərkəzi və biznes-klinika. İBİ tərəfindən ildə bir neçə dəfə ekspertlər şurasının keçirdiyi xüsusi müsabiqələrdə ən yaxşı biznes-ideya müəllifləri öz start-up-larını təsis etmək imkanı qazanır”.
İBİ öz layihələrini dörd istiqamətdə dəstəkləyir. İlk növbədə burada menecmentlik, marketinq, vergi və mühasibat uçotu üzrə elmi-metodik dəstəklə bağlı treninqlər daxildir. Həmçinin burada xarici dil kursları da fəaliyyət göstərir. Eləcə də, azərbaycanlı və əcnəbi biznesmenlərin təcrübə və ustad-dəsrləri də keçirilir.
İkincisi, burada maddi-texniki dəstək də təqdim edilir. Gənc sahibkarlar ilkin mərhələdə öz bizneslərini inkişaf etdirmək üçün ofis, kompüter və digər avadanıqlarla təchiz edilir.
“Həmçinin İBİ tərəfindən digər maddi dəstək də göstərilir. Əgər layihə güclü maliyyə vəsaitlərinə ehtiyacı varsa və inkubatorumuz bunu qarşılaya bilmirsə, o zaman bununla maraqlı olan üçüncü şəxsləri cəlb edilir. Bir sözlə, layihə həqiqətən də maraqlıdırsa, İBİ buna investorlar cəlb etməyə hazırdır”.
Həmsöhbətimizin sözlərinə görə, star-up-ın uğuru yalnız innovativ ideya və maliyyə dəstəyindən asılı deyil. Komandanın psixoloji köklənməsi də böyük əhəmiyyət kəsb edir. Bəzən kollektiv biznes mühitə davam gətirməyərək dağılır. Buna görə də İBİ tərəfindən dördüncü dəstək – psixoloji dəstək göstərilir. Burada psixoloq var ki, uşaqlarla söhbət edir, psixoloji oyunlar keçirir, eləcə də komanda da ruh yüksəkliyi üçün digər tədbirlər də həyata keçirir.
Hazırda inkubatorda 13 start-up var. Əlbəttə bunların hamısı uğurlu deyil. Lakin elə layihələr var ki, onlar ildə 40-50 min dollar qazana bilir:
“Ötən il Avropa biznes-inkubatorunun eksperi Devid Konvey qonağımız oldu. O, bizim fəaliyyətimizlə tanışa olaraq qeyd etdi ki, modelimiz start-up-ların inkişafı üçün effektlidir. Belə ki, biz ofislərin icarəsi üçün tələbələrdən ödəniş almırıq. Əgər start-up gəlir əldə etməyə başlayarsa, o zaman gəlirin 20%-i İBİ-nin hesabına yatıralacaq. Əgər layihə il ərzində uğur əldə edə bilməzsə onu biznes-inkubatorlar sıralarından çıxarılır”.
Sonda M.Həsənov buradakı biznes-klinika haqda məlumat verdi. Onun sözlərinə görə, layihələr də insanlar kimi xəstələnə, müalicəyə ehtiyacı ola bilər. “Klinikada” həkim kimi peşəkar məsləhətçilər fəaliyyət göstərir ki, onların müxtəlif biznes qurumlar üzrə böyük təcrübəsi var. “Xəstənin” hərtərəfli müayinə etdikdən sonra diaqnoz qoyularaq problemi aradan qaldırılır. Və beləliklə, start-up tədricən həyata qayıdır.
Həmçinin İqtisad Universitetində olarkən, üç tələbənin hazırki inkubator vasitəsilə bizneslərini qurmasına da şahid olduq. Onlardan layihələri ilə bağlı söhbət etdik:
Tələbələrdən biri universitetin dördüncü kurs tələbəsi Fəqan Çələbizadə oldu. O, proqramçıdır, alternativ tagWishes.com sosial şəbəkəsini qurub. Digər sosial şəbəkələrdən fərqli olaraq burada lazımi fotolar “istək” bölməsində paylaşılır.
“Misal üçün, siz küçədə gedərkən hansısa mağazanın vitrinindəki kitab və ya paltardan xoşunuz gəlir. Onun şəkilin çəkərək profilinzdə paylaşaraq qeyd edə bilərsiniz ki, harada satılır. Və ya internetdəki hansısa kitabın şəkilini paylaşaraq əldə etmək istəyini bildirin ki, dostluğunuzdakı istifadəçilər bu haqda məlumat ala bilsinlər. Eləcə də, dostunuzun səhifəsini açaraq oradakı arzular siyahısına baxa bilərsiniz”.
Saytın fəaliyyətini göstərərk Fəqan qeyd etdi ki, burada “arzuları ehtiyatda” saxlamaq olar. Sən dostunun “arzuları ehtiyatda” saxlayanda ona bildiriş gəlir ki, yaxın zamanlarda arzunun gerçək olması həyata keçəcək. Bu işi həyata keçirən dostun hədiyyəni təqdim etdikdən sonra onu səhifəndə paylaşaraq “arzunun həyata keçməsi” funksiyasını qeyd edir.
“Sayt artıq hazırdır, onun android versiyası da hazırdır. Sadəcə Apple tətbiqi hazırlanır. Lakin hələlik beta-versiya təqdim edilib. Çünki sayt test mərhələsindədir. Hazırda proqramda 100 nəfər qeydiyyatdan keçib.
Qazancdan danışmaq hələ tezdir. Belə ki, istifadəçilərin sayı milyonu keçərsə iş gəlir gətirərcək. Lakin mən ilk olaraq qarşıma tagWishes-in Instagam kimi qlobal şəbəkəyə çevrilməsini qoymuşam. Mən uğura inanıram. Belə ki, ideyam indiyə qədər gördüklərinizdən fərqlənir”.
Universitetin digər tələbəsi, İBİ-də öz biznesini inkişaf etdirən “Perfect Pictures” studiyanın təsisçisi və direktoru Elmar Rəcəbovdur. Onun sözlərinə görə, start-up-ın ilkin mərhələsində dörd tələbə, eləcə də kənardan üç rejissor cəlb edilib. Studiyanın əsas fəaliyyəti kommersiya və musiqi videolarıdır.
“Qeyd edək ki, layihə bir ildir ki fəaliyyət göstərir, əsas ofisi biznes-inkubatora yaxın yerləşir. Burada lazımi avadanlıqla təchiz edilimişik. Hazırda qazanc haqda düşünmürük. İlk olaraq öz adımızı qazanmaq üçün pulsuz fəaliyyət göstririk. Yaxın günlərdə məşhur azərbaycanlı müğənni üçün klip çəkmişik. Bu istiqamətdə davam etməyə çalışırıq”.
Və sonuncu həmsöhbətimiz ikinci kurs tələbəsi Eşqin Cəfərovdur ki, o da əntiq və qədim əşyaların satışı ilə bağlı sayt açmağı planlaşdırır. Onun sözlərinə görə, bu ideya “Made in Azerbaijan” müsabiqəsində təqdim edilib, digər müsabiqədə isə birinci yerə sahib olub.
“Sayt hələlik hazır deyil. Lakin onun həyata keçməsi üçün hazırlıqlara başlanılıb və yaxın dörd ay ərzində bütün işlər tamamlanacaq. Azərbaycan Dövlət İqtisad Universiteti və İBİ bizə böyük dəstək göstərir. Düşünürəm ki, layihəmizin əhəmiyyəti böyükdür. Belə ki, layihəmiz ölkəmizin elektron ticarənə öz töhfəsini verəcək. Hələlik layihə Azərbaycanda həyata keçəcək. Daha sonra isə biznesdə hər şey qaydasında olarsa, sərhədlər genişlənər və biz də beynəlxalq sifarişlər ala bilərik”.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İKT fondunun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb. Qalib layihələrindən biri olan misgər layihəsinə 15 000 AZN, tagWishes layihəsi isə 14 500 AZN qrand qazanıb.
©1news.az