Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri İnnovasiyalar Agentliyinin sədri: “Qrant startaplara daha az kömək edir, nəinki investisiya”

İnnovasiyalar Agentliyinin sədri: “Qrant startaplara daha az kömək edir, nəinki investisiya”

88
Paylaş

“Hazırda biz prioritet müəyyən edirik ki, startaplara qrant yoxsa investisiya verilməsi yaxşıdır. Startapların çoxu qrant gözləntisindədir”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli “AZCLOUD Hackathon 2019” müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

“Əminliklə deyə bilərəm ki, qrant startaplara daha az kömək edir, nəinki investisiya. Çünki xarici investor investisiya cəlb edən startapı qrant cəlb edən startapdan daha cəlbedici görür. O görəndə ki, dövlət bura büdcədən investisiya ayırıb, bu o deməkdir ki, startap ilkin qiymətləndirmədə keçib, İlkin qiymətləndirmədən keçən startap o deməkdir ki, bu artıq kommersiyalaşıb və iqtisadi əhəmiyyəti, bazar dəyəri var”,- deyə T. Kərimli əlavə edib.