“Sunday Times” qəzeti 2019-cu ildə İngiltərənin ən zəngin insanlarının adlarını açıqlayıb. Siyahıya həmişə üst sıralarda olan Hinduya qardaşları başçılıq edir.
Sri (83) və Qopi (79) Hinduyalar 22 milyard funt sterlinq olan sərvətlərinə bu il 1,356 milyard funt sterlinq əlavə edərək birinci yerə yüksəliblər. Əslən hindistanlı olan qardaşlar 1914-cü ildə Mumbay şəhərində qurulan şirkətlərinə rəhbərlik edirlər.
İkinci yerdə isə 18,664 milyardlıq sərvətləri ilə Deyvid və Simon qardaşları qərarlaşıblar.
Ötənilki siyahıya rəhbərlik edən kimya şirkətləri qurucusu Ser Cim Ratkliff isə bu dəfə üçüncüdür.
“Çelsi” futbol klubunun prezidenti Roman Abramoviç siyahıda doqquzuncu yerdədir.