İngiltərədə maaşı kəsilən fəhlə oteli sökdü – VİDEO

Date:

Paylaş:

İngiltərənin Liverpul şəhərində qəzəblənmiş fəhlə ekskavatorla inşası başa çatmamış hoteli dağıdıb. Onun qəzəbinə maaşının kəsilməsi səbəb olub.

“Bizplus.az” xəbər verir ki, bu barədə “Sky News” portalı məlumat yayıb.

Yanvarın 20-də lentə alınmış videoçarxda sürücünün ekskavatorla hotelin pilləkənlərinə qalxdığını və şüşə qapı və üzərindəki paneli sökdüyünü görmək olur.

Daha sonra içəri daxil olaraq dağıntı törədir: içəridəki mebelləri aşırır, tavanın plitələrini sökür.  Hirsini bu yolla çıxaran fəhlə arada söyüş də söyür və “kişinin maaşını verməyəndə, axırı belə olur”, – deyə gileylənir.

Hadisə yerinə polisin çağırılmasından sonra ekskavatordan düşərək “dabana tüpürüb”. Hazırda onun axtarışa verildiyi bildirilir.

Fəhlənin bu çılğın hərəkətindən ətrafda olanlar şoka düşüb. Şahidlərin dediyinə görə, razılaşdırılmamış söküntü 20-30 dəqiqə ərzində davam edib.

Məlumata əsasən, fəhlənin özündən çıxmasına səbəb işəgötürənin maaşından 600 funt sterlinqi kəsməsi olub. Hotel şəbəkəsinin rəsmisi insidenti şərh etməkdən imtina edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...