Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İngiltərənin səyahət şirkəti iflas etdi-Yeniləndi

İngiltərənin səyahət şirkəti iflas etdi-Yeniləndi

87
Paylaş

Saat: 09:49

İngiltərənin səyahət şirkəti “Thomas Cook”un maliyyə problemləri səbəbilə iflasın astanasında olduğu bildirilir.

İngiltərə mediası səyahət şirkəti “Thomas Cook”un 210 milyon avro dəstəyə ehtiyacı yarandığını və iflasın astanasında olduğunu yazıb.

“Thomas Cook”un səhmdarlarının debitorlar (borc verənlər) ilə məsələ ilə bağlı bir iclas keçirəcəyi qeyd edilib.

178 illik şirkətin maliyyə məsələsini həll edə bilməməsi halında gələn həftə iflasını açıqlayacağı gözlənilir.

1841-Cİ İLDƏ QURULUB

Dünyanın ən böyük səyahət şirkətlərindən biri olan “Thomas Cook” 1841-ci ildə yaradılıb. İngiltərə mediasında yer alan xəbərlərə görə, hazırda xaricdə 600 min “Thomas Cook” səyahətçisi var. 22 min işçisi olan şirkət 16  ölkədə ildə 19 milyon nəfərə xidmət göstərir.

Saat 10:20

İngiltərənin məşhur turizm və hava yolu şirkəti olan “Tomas Cook” iflas edib.

Şirkətin rəhbəri Peter Fankhauser maliyyə problemini həll etmək üçün sponsorlarla aparılan danışıqların müsbət nəticə vermədiyini bildirib.

Şirkətin iflas olması səbəbindən indiki və planlaşdırılan növbəti bütün reyslər təxirə salınıb. Bu isə 567 təyyarə reysində ümumilikdə 84 min müştəriyə ziyan vurub.Hazırda müştərilərə dəyən ziyanın qarşılanması üçün çıxış yolları axtarılır.

Qeyd edək ki, “Tomas Cook”un ümumilikdə 22 mindən çox işçisi var.