İngiltərənin “Mançester Siti” (Manchester City F.C) klubunun rəhbərliyi Çində klub alacaq.
Bizplus.az bildirir ki, bu barədə mənbə “Daily Mail”ə istinad edir.
Belə ki,”şəhərlilər” ləqəbli İngiltərə klubu Çin Super Liqasında çıxış edən komandalardan birini “City Football Group” korporasiyasına daxil etmək istəyirlər.
“Mançester Siti” rəhbərliyi Çin klubunun alınması ilə bağlı danışıqların son mərhələsindədir. Komandanın adı göstərilməsə də, onun Çendu şəhərinin təmsilçisi olduğu ehtimal edilir.
İngiltərə təmsilçisinin rəhbərliyi hesab edir ki, bu, klubun dünyada öz brendinin tanınmasını daha da artıracaq.
Qeyd edək ki, hazırda “Mançester Siti” ilə əlaqələri olan klublar siyahısında ABŞ-ın “Nyu-York Siti”, Avstraliyanın “Melburn”, Uruqvayın “Torke”, İspaniyanın “Jirona”, Yaponiyanın “Yokohama” və “Marinos” klubları da var.
©Report