İngilis funt sterlinqi dolları qarşısında sürətlə ucuzlaşır

Date:

Paylaş:

Böyük Britaniyanın milli valyutası – ingilis funt sterlinqi dünyanın aparıcı valyutaları, o cümlədən ABŞ dolları qarşısında sürətlə ucuzlaşır.

“Bloomberg” agentliyi xəbər verir ki, iyunun 24-də 1,27 olan USD/GBP nisbəti 1,24-ə düşüb.

Bu, 2017-ci ilin aprel ayından bəri ən aşağı həddir.

Böyük Britaniyanın dövlət istiqrazlarının gəlirliliyi isə 2016-cı ilin sentyabr ayından bəri ən aşağı həddədir – 0,72%. Amma son günlər bu göstəricidə dəyişiklik olmayıb.

Ekspertlər funt sterlinqin dəyərdən düşməsini Böyük Britaniya iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirirr. Xüsusilə bu ölkədə pərakəndə ticarət satışları 2012-ci ildən bəri ən aşağı səviyyədədir.

İnvestorlar ölkənin Avropa İttifaqını tərk etməsini, baş nazir Tereza Meyin istefa verməsi fonunda İngiltərə Mərkəzi Bankının faiz dəhlizi parametrlərini aşağı salmasını əlavə risk kimi qiymətləndirirlər. Sonuncu amil dövlət istiqrazlarının cəlbediciliyini azaldır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...