İngilis dilini rahat yolla necə öyrənmək olar? Xarici dil öyrənməyin bir çox üsulu var. Bəziləri ingilis dilini öyrənmək üçün kurslar axtarır, bəziləri internetlə öyrənməyə çalışır. Ancaq dil öyrənməyin ən rahat yollarından biri mobil tətbiqlərdir. İngilis dilini öyrənmək üçün sizə bir neçə proqram təqdim edirik:
Duolingo
Ən yaxşı ingilis dili tətbiqlərindən biridir və xüsusilə ingiliscəyə yeni başlayanlar üçün məsləhət görülür. Burada dərslər mövzulara bölünüb və hər mövzu üzrə 7 yeni söz öyrənirsiniz. Yeni sözləri əzbərlədikcə xal qazanırsınız və növbəti mərhələyə keçirsiniz. Gün ərzində 20-25 dəqiqə vaxt sərf etməklə ingilis dilinizi inkişaf etdirə bilərsiniz.
Android üçün yüklə İos üçün yükləMemrise
Əyləncəli bir söz öyrənmə proqramı. Müxtəlif oyunlar vizual görüntülər ilə sözlərin yaddaşınızda daha asan qalmağını təmin edir. Proqramın premium versiyasında daha çox seçim mövcuddur.
Android üçün yüklə İos üçün yükləBusuu
Proqram sizə ana dili ingiliscə olan insanlarla danışaraq ingilis dilinizi inkişaf etdirməyi təklif edir. Bununla yanaşı müxtəlif interaktiv testlər, oyunlar və s. ilə siz dil bacarıöınızı inkişaf etdirə bilərsiniz.
Android üçün yüklə İos üçün yükləEnglish Grammar Test
Qrammatika biliklərinizi inkaf etdirmək üçün sizə hər biri 20 tapşırıqdan ibarət 60 test təqdim edir. Testləri həll etdikdən sonra siz hansı qrammatik biliklərinizin güclü, hansılarının zəif olduğunu və üzərində daha çox işləməli olduğunuzu bildirir.
Android üçün yükləNotifon – İngilis Dili Lüğəti
Azərbaycan məhsulu olan proqram sizə ingilis dilində ən çox işlənən sözləri bildirişlər vasitəsilə asan şəkildə əzbərləmək imkanı verir. Xüsusi alqoritm sayəsində öyrənilməmiş sözlər müəyyən vaxt keçdikdən sonra təkrarən xatırladılacaq və beləliklə çətin yadda qalan sözlər siz əzbərləyənədək göstərilməyə davam edəcək.