İndiyədək 338 gənc sahibkar və menecer Almaniyada ixtisasartırma kurslarında iştirak edib

0
647

İndiyədək 338 gənc sahibkar və menecer Almaniyada müxtəlif sahələr üzrə ixtisasartırma kurslarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Nazir müavini qeyd edib ki, ixtisasartırma kursları 2009-cu ildən İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə həyata keçirdiyi “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində təşkil olunub. Azərbaycan bu proqramda iştirak edən 5 ölkədən biridir.