Əsas səhifə Biznes İndiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub

İndiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub

638
Paylaş

1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bunun 111 milyard dollarını xarici investisiyalar təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev oktyabrın 24-də Bakıda “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda keçirilən beynəlxalq investisiya konfransında deyib.