Bu gün həyatlarıyla bir çoxlarına ilham verən məşhur milyarderlər varlı olmazdan əvvəl heç də biz düşündüyümüz həyatı yaşamayıblar.
ABŞ-ın ən müvəffəqiyyətli adları arasında iştirak edən 10 insanın ilk iş təcrübələrinə baxaq:
Donald Trump şüşə butulka yığırdı
ABŞ-ın yeni prezidenti seçilən Trump varlı bir ailənin uşağı olub. Buna baxmayaraq atası onu pulun dəyərini başa düşməsi üçün uşaq vaxtından işləməyə məcbur edib.
Trumpın Forbes jurnalında etdiyi açıqlamaya görə, varlı atası Fred Trump onu və böyük qardaşını tikinti sahələrinə göndərib oradan boş soda şüşələrini yığaraq pula çevirmələrini istəyirdi.
Hillary Clinton park işçisi idi
Clinton uşaq baxıcılığından başqa ilk pulunu 13 yaşında bir parkda karusellərə nəzarət edən işçi kimi qazanıb.
Barack Obama dondurma satıcısı işləyib
Gənclik illərini Honoluluda keçirən Obama yay tətillərində Baskin Robbins adlı dondurma mağazasında işləyirdi.
Michael Bloomberg avtoparkda işləyib
42.7 milyard dolarllıq sərvətin sahibi olan Bloomberg medianın sahibi Michael Bloomberg orta gəlirli bir ailədə yaşayıb. Tələbə vaxtlarında ehtiyaclarını ödəmək üçün avtoparkda işləyib.
Mark Cuban zibil paketi satırdı
Basketbol komandası Dallas Mavericksin sahibi Cuban 12 yaşında atasından bahalı bir cüt idman ayaqqabı istəyən zaman bu cavabı almışdı: ‘Özünə bir iş tap.’ Bundan sonra Cuban qapı qapı gəzərək zibil paketi satmağa başlamışdı.
Warren Buffett qəzet satırdı
Forbesə görə 69 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 3-cü insanı olan Buffett ömrünün bütün dövrlərində işləyərək pul qazanıb. 13 yaşında Washinton Post qəzetini paylayaraq bir ildə qazandığı 1200 dollar pulla 40 hektarlıq bir ərazi satın almışdı.
Oprah Winfrey marketdə işləyirdi
ABŞ-ın ən çox qazanan qadın televiziya işçisi Oprah Winfrey çox çətin və kasıb bir uşaqlıq dövrü keçirib. Atası ilə Nashvillda yaşadığı illərdə bir marketdə çalışardı. Bu gün dünyanın ən zəngin insanlarından biridir.