İnam Kərimov:”Gələn il pambıqçılıqda müasir texnologiyalardan istifadə oluncaq”

Date:

Paylaş:

“Cənab Prezident qarşımıza istehsalı məhz məhsuldarlığın yüksəldilməsi hesabına artırmaq hədəfi qoymuşdur. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib. 7110 fermer tərəfindən yığılmış pambıq ümumi istehsalın 39 faizini təşkil edir”.

“Bizplus.az” xəbər verir ki, bunu Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazir əlavə edib ki, 2019-cu ildə 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub.

2018-ci illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan çox artıb.

“Eyni zamanda pambıqçılığın inkişafında müasir texnologiyalardan istifadə vacib sayılır. Bu il Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub. Gələn il pambıqçılıqla məşğul olan bütün şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər”,- İnam Kərimov deyib.

Qeyd edək ki, əkin sahəsi ötən ilə nisbətən 32 min hektar azalsa da, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...