Türkiyədə azərbaycanlı iş adamı qətlə yetirilib.
CNNTürk verdiyi xəbərə görə , biznesmen Etimad İsmayılov İstanbulda öz ofisində güllələnib.
Başından və ürəyindən güllə yaraları alan E. İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
E. İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.
“Sabah” qəzeti isə polisin qətli törətməkdə şübhəli bilinən Gözəl Dəmirov adlı şəxsin saxlanılması məqsədi ilə əməliyyat keçirdiyi barədə məlumat yayıb.