İlon Maskın uğur hekayəsi

Date:

Paylaş:

İlon Mask  biznesmen olmaqla yanaşı həm də  mühəndisdir: o, elektromobillərin və kosmik gəmilərin proyektləşdirilməsində şəxsən iştirak edir. Mask “Silisium vadisi” tarixində dəyəri 1 milyard dollardan çox olan üç şirkət “Paypal”, “SpaceX” və “Tesla”-nı qura bilən ikinci sahibkardır .Bu şirkətlərin qurucularından birincisi Cim Klarkdır. Bundan başqa, “bəşəriyyətin ən parlaq dühaları insanları reklama klik etməyə məcbur etməyin yollarını düşündüyü” bir dövrdə Mask özünü kosmos və alternativ enerji sahələrinə həsr edib. O, tamamilə başqa qaydalarla oynayır və bunun öhdəsindən uğurla gəlir.

İlon Mask 1971-ci il iyunun 28-i Cənubi Afrika Respublikasında qarışıq bir ailədə anadan olub. Cənubi Afrikadan olan atası mühəndis, kanadalı anası ilə dietoloq kimi fəaliyyət göstərirmiş. Maskın uşaqlıq illər Cənubi Afrikada keçib. İlk kompyuterini 10 yaşında alıb. Bu sahəyə dərhal marağı oyanan İlon müstəqil şəkildə proqramlaşdırmanı öyrənməyə başlayıb. 12 yaşında proqramlaşdırdığı “Blastar” oyununu 500 dollara satıb.Pretoriyada məktəbi bitirdikdən sonra valideynlərinin dəstəyi olmadan ABŞ-a emiqrasiya etmək qərarına gəlir. Ancaq İlon dərhal ABŞ-a düşə bilmir.O, 1989-cu ildə anasının Kanadada yaşayan qohumlarının yanına köçür. Vətəndaşlıq aldıqdan sonra İlon Mask Monreala gedib ilk vaxtlar hər işə razılaşır və demək olar bir il yoxsulluq səviyyəsində var-gəl edir. Ontario Kral Universitetinə daxil olduqdan sonra Mask orada övladının gələcək anası Justine Musk ilə tanış olur. Universitetdə iki il təhsil aldıqdan sonra onun arzusu gerçəkləşib: 1992-ci ildə Mask ABŞ-a yollanır.Amerikada o, Pensilvaniya universitetində təqaüd proqramına düşür. Növbəti il biznes sahəsində bakalavr dərəcəsi alan Mask fizika sahəsində bakalavr dərəcəsi almaq üçün daha bir il universitetdə qalmaq qərarına gəlir.

“Zip2” və “PayPal”

Mask özünün ikinci vacib qərarını 1995-ci ilin yayında verib. Həmin vaxt Pensilvaniya universitetini bitirib Stenford universitetində tətbiqi fizika və materialşünaslıq ixtisası üzrə aspirantura təhsili alan gənc Mask iki ildən sonra elmin daşını atıb, qardaşı ilə birgə kondensatorların hazırlanmasına başlayır. “Silisium vadisi”nin paytaxtı Palo-Altoda ilk komyuter şirkətini – “Zip2”-ni təsis edir.“Səhərdən axşama kimi işləyirdim. Ofis kirayələdiyim anbarda da yaşayırdım, duş üçün yerli stadionun geyinib-soyunma otaqlarına gedirdim. Əvəzində mənzil kirayəsində qənaət edə və ən çətin ilk iki il ərzində şirkəti üzdə saxlaya bildim”.

Onda internet inkişaf dövrünü yaşayırdı, ancaq heç kim bu sahədə ciddi pullar qazana bilmirdi. Bunu edən ilk şirkətlərdən biri Maskın şirkəti olub: şirkət yaratdığı platforma sayəsində qəzetlərə müştərilərinə əlavə kommersiya servisləri təklif etmək imkanı yaradıb. Bu nəşrlərin arasında “New York Times” kimi nüfuzlu qəzetlər də olub.

Dörd il sonra 1999-cu ildə odövrün ən böyük axtarış sistemi olan “AltaVista” 307 milyon dollar nağd pul və 34 milyon dollar dəyərində qiymətli kağızlarla ”Zip2” şirkətini alıb. Bu saziş “keşə görə” şirkət satışı üzrə rekord müəyyənləşdirib.

Populyarlıq qazanan və elektron ödəniş prosesini öyrənməyə başlayan Maskın əsrlərin qovşağında yeni biznesi “X.com” startapı olub.  2000-ci ilin martında “X.com” paritet əsaslarla ofisi Palo-Altoda eyni küçədə yerləşən Piter Til (Peter Thiel) və Maks Levçinin (Max Levchin) təsis etdiyi “Confinity” rəqib şirkətlə birləşib. Beləliklə, müasir dünyanın aparıcı ödəniş sistemlərindən biri “Paypal” yaranıb. İndi internetdə ödəniş sistemləri üçün çoxlu alternetiv mövcuddur, həmin vaxt “Paypal” bank kartı ilə ödənişə alternativ idi.

“Tesla Motors”

“Tesla Motors” 2003-cü il mühəndis, eyni zamanda sahibkar olan Martin Eberhard (Martin Eberhard) və Mark Teppeninq (Marc Tarpenning) tərəfindən təsis edilib. Şirkət elə əvvəldən özünü elektromobillərin ilk sənaye istehsalçısı kimi təqdim edib. “PayPal”-ı satdıqdan sonra sərvət toplayan biznesmen startapa 70 milyon dollarlıq investisiya ayırıb və 2004-cü ilin fevralında layihəyə qoşulub. Direktorlar Şurasının sədri olan Mask ilk vaxtlar şirkətin operativ idarəçiliyi ilə məşğul olmayıb.

2007-ci il “Roadster” avtomobillərinin konveyer istehsalı planlaşdırıldıqda Maskın həyatında qara zolaq başlayıb. Menecmentlərin səhvi ona gətirib çıxarıb ki, elektroavtomobilin buraxılış qiyməti layihədə hesablanmış ilkin qiymətdən iki dəfə çox olub (92000 dollar). Üstəlik şirkətin baş direktoru Martin Ebebhart starteji səhvə yol verib: “Tesla Roadster” üçün transmissiya konsepsiyası qeyri-effektiv olduğu üçün avtomobillərin buraxılışını ən az bir il təxirə salmaq lazım gəlib.

Böhran vəziyyətində İlon Mask həmin an üçün lazımlı menecer keyfiyyətlərini nümayiş etdirib: layihəyə mane olan şəxsləri “göyərtədən kənara atmağa başlayıb”. Hətta həssaslıq göstərmədən belə Mask Ebebhardı və şirkətin digər təsisçilərini qovduqdan, “təmizləmə prosesindən” bir müddət sonra şirkətin sükanı arxasına keçib. Böhran ərəfəsində Mask canfəşanlıqla gəlirləri azaltmağa başlayıb: əməkdaşları ixtisar edib, tədarükçülərdən güzəştlər tələb edib, ofisləri bağlayıb və sair. Nəticədə “Roadster” 2008-ci ildə kiçik qiymət artımı – 20000 dollara işıq üzü görüb.

Mask dünyanın neftdən asılı olduğunu hesab edir. Bu asılılıq iqlim dəyişikliyinə və fasiləsiz geosiyasi gərginliyə gətirib çıxarıb. Daxili yanma mühərriklərindən imtina edib, elektrik mühərriklərinə üstünlük vermək vəziyyəti dəyişə bilər. Ona görə “Tesla Motors” Mask üçün sadəcə biznes demək deyil.

“SolarCity”

“SolarCity” provayder texnologiyaları formal kriteriyalara görə Maskın layihəsi sayılmır. O, 2003-cü ildə “PayPal”-ın satışından əldə etdiyi vəsaitdən bu startapa 10 milyon dollar investisiya edib. Layihənin yaradıcıları Maskın xalası uşaqları Lindon  və Piter Rayvadır “SolarCity” bir neçə kilovat gücə malik modul günəş elektrik stansiyaları quraşdırır. Evdar qadınlar və kiçik təşkilatlar üçün ideal variantdır. Bu zaman şirkət məhsul satmır, uzunmüddətli lizinq şərtləri ilə məhsulunu müştərilərinə verir. Alıcı stansiyaya yox, sırf istehsal olunan enerjiyə görə ödəniş edir. Sazişlər “yaşıl” iqtisadiyyata görə vergi güzəştləri alan kreditorlar məsələn, “Google” tərəfindən maliyyələşir.2008-ci ilin may-iyunda “eBay”, həmçinin “British Motors” şirkətlərinin ofisi və serverlərini elektrik enerjisi ilə təmin etmək üçün fotoelektrik cihazlar yaradılır. Elə həmin il şirkət yaşayış evlərində elektrik enerjisinin daha rasional istifadəsini təmin edən proqram buraxmağa başlayır. Bunun sayəsində istifadəçilər elektrik enerjisinə görə daha az ödəyir, şəbəkə isə daha az yüklənir.“SolarCity” konsepsiyası qənaətcil, ekoloji və tamamilə Maskın prinsiplərinə cavab verən konsepsiyadır. Şirkət xüsusilə “Tesla” avtomobillərinin enerji stansiyaları üçün batareya hazırlayır. Layihənin artıq ABŞ-da onlarla servis mərkəzi fəaliyyət göstərir və enerji istehlakçıları arasında ona yüksək tələb var. Günəş stansiyası əldə etmək üçün insanlar bir neçə ay öncədən növbəyə yazılır.

Mask şirkətin əsas səhmdarlarından biri olaraq qalır. Şirkətin kapitalı 3 milyard dollar həcmində qiymətləndirilir. Analitiklər məhz Maskın layihənin perspektivindən əminliyini şirkətin fenomenal bazar uğurunun əsas amili hesab edirlər.İlon Mask hələ əsrin əvvəlində raket daşıyıcılarının istehsalı ilə məşğul olan şirkət haqqında düşünürdü. O, insanın başqa planetlərə çoxsaylı səfəri üçün platforma yaratmaq kimi iddialı ideya irəli sürüb, ən yaxın nöqtə kimi Marsı seçmək qərarına gəlmişdi.“Marsın məskunlaşdırılma perspektivinə heyran olmuşdum. Ona görə “Mars Oasis” layihəsinin təsisçisi oldum. Məqsəd planetdə avtomatlaşdırılmış istixanalar yaratmaq idi. Perspektivdə bu istixanalar öz-özünü təmin edən ekosistem üçün inkubator olmalı idi. Obyektlərin Marsa çatdırılması bu qədər baha olmasaydı, hər şey çox yaxşı olardı. Mən hətta Rusiyadan raket almaq və rus rəsmiləri ilə danışıqlar aparmağa da çalışdım, ancaq dostlarım başa saldı ki, sazişdən kriminal “iyi gəldiyi” üçün tez bir zamanda xüsusi xidmət orqanlarının gözündə ikinci Ben Ladenə çevrilə bilərəm. Onda ağlıma gəldi: stop, niyə öz raketimi özüm yaratmayım?”

Şərait imkan verən kimi “eBay” “PayPal”ı aldı biznesmen 2002-ci ildə “Space Exploration Technologies Company” və ya sadəcə “SpaceX” şirkətini yaratdı və layihəyə 100 milyon dollardan çox vəsait qoydu.

Mask əmindir ki, raketin istehsal və buraxılış xərclərini on dəfə azaltmaq olar. Ancaq əvvəlcə ona kosmik uçuşların məqsədini başqa şəkildə ifadə etmək lazım idi. Mask iddia edirki, “SpaceX” layihəsinin əsas missiyası astronavtlar və yüklərin orbitə çıxarılması deyil, başqa planetlərin məskunlaşdırılmasıdır. Yer əhalisinin bir hissəsini Yupiterin peyklərindən birinə köçürmək istəyirsənsə, bunu qənaətcil yolla necə edə biləcəyini fikirləşib tapmalısan. Tezliklə “SpaceX” “Falcon 1” raketinin hazırlıqlarına başlayır. İstehsala dörd il və yüz milyon dollar məbləğində özəl investisiyalar lazım gəlir .Maskın ilk layihələrindən birini onun keçmiş ortağı Piter Til dəstəkləyib, Mask isə “SpaceX” şirkətinin üçdə iki hissəsini özündə saxlayıb. Nəticədə raket və üç növ maye mühərriki – “Merlin, “Kestrel” və “Draco – dövlətin müdaxiləsi olmadan “sıfırdan” yaradılır. 2006-cı il “SpaceX” NASA-nın diqqətini çəkir. Agentlik “Falcon 1” raketinin sınaq buraxılışları ilə bağlı şirkətlə bir neçə müqavilə bağlayır.

2006-2008-ci illərdə baş tutan ilk uçuş sınaqları uğursuz olur. Dördüncü cəhddən sonra raket uğurlu start götürür. Bu, 7 milyon dollara başa gəlir. Beşinci orbitə Malayziya peykini çıxarır.Sınaqlardan təsirlənən NASA yükün Mərkəzi Kosmik Stansiyaya göndərilməsi üçün “SpaceX” ilə 12 missiyadan ibarət 1,6 milyard dollarlıq müqavilə imzalayır.Şirkət flaqman məhsulunu yeniləyir və modenrləşdirilmiş “Falcon 9” əvvəlcə “SpaceX” istehsalı olan “Dragon” adlı yükü sadəcə orbitə çıxarır, 2012-ci il mayın 22-dən isə özəl kosmos tarixində ilk dəfə Mərkəzi Kosmik Stansiyaya kosmik gəmi göndərir. Perspektivdə yeddi astronavtdan ibarət heyətə malik olacaq “Dragon” oktyabrda yarım tonluq faydalı yükü stansiyaya çatdırıb. Bu gün “SpaceX” raketlərinin 50 buraxılışına dövlət və kommersiya strukturlarından daxil olan ümumi sifariş paketi 4 milyard dollar, köhnə qiymətlə şirkətin dəyəri isə təxminən 2,5 milyard dollar təşkil edir.Nəhayət, bir neçə gün öncə “Falcon Heavy” yüksək ağır daşıyıcı raketin işə buraxılması uğurla həyata keçirilib. Bu, 27 mühərrik ilə təchiz olunan ilk raketdir. Sistem uçuş zamanı maksimum yüklənmənin öhdəsindən gəlib, bir müddət sonra isə birinci dərəcəli yan mühərriklər ayrılıb və Kennedi Kosmik Mərkəzində sinxron eniş edib. Raket göyərtəsində İlon Maskın  elektrik rodsterini daşıyıb.Mask üçün “SpaceX”-in bütün nailiyyətləri yalnız əsas arzusunun – Mars ekspedisiyasının həyata keçirilməsinə hazırlıq mərhələsidir. Milyarder həyatının sonuna kimi Qırmızı planetin kolonizasiyasında pioner olmaq istəyir. Bunun üçün “SpaceX” çərçivəsində “Mars Colonial Transporter”  layihəsi üzərində işlər gedir. Maskın mühəndisləri insanları Yerdən Marsa çatdırmaq üçün innovativ raket daşıyıcıları və kosmik gəmilər üzərində “tər tökürlər”. “Falcon” bazasında üfüqi enə bilən “Grasshoper” raketi yaradıla bilər, həmçinin Mask iddia edir ki, ikinci nəsil “Dragon”-lar texniki cəhətdən artıq Marsa çata bilir.46 yaşlı biznesmenin fikrincə,10-20 ildən sonra fantastika reallığa çevrilə bilər. “Marsda ölmək istərdim. Ancaq bunu planetin səthində qəzaya düşməklə etmək istəməzdim”,- deyə milyarder zarafat edir.Mask texniki sahədə çox tələbkar və perfeksionistdir. Fizika sahəsində aldığı təhsil onun obyektiv reallığı görməsinə, emosional qiymətləndirməni spekulyativ proqnozlardan fərqləndirməsinə kömək edir. O, sadəcə “qloal düşünür”. Məsələn, Mask “hiperpet” adlı ictimai nəqliyyat vasitəsi barədə düşünür. Səsdən sürətli bu elektrik aparatı insanları Los Ancelesdən San Fransiskoya yəni 350 mil məsafəni  30 dəqiqə ərzində çatdıra bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...