İlon Maskın növbəti layihəsi – Elektropikap

0
924

“SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask elektropikap buraxacağını vəd edib.

Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məşhur iş adamı “Tesla Model Y”dən sonra elektrik mühərriki ilə çalışan pikap layihəsinə başlayacağını bildirib: “Vəd edirəm ki, “Model Y”dən dərhal sonra pikap düzəldəcəyik. Təxminən 5 ildir ki, bu layihənin əsas dizayn və mühəndislik detallarını beynimdə saxlayıram. Artıq onu yaratmaq üçün səbrim tükənir”.

Xatırladaq ki, oktyabr ayında İ. Mask “Tesla Semi” elektrik yük avtomobilinin prototipini təqdim edib. İş adamı təqdimatda çıxışında bildirib ki, elektrik mühərrikli yük avtomobilinin yaradılması dünya iqtisadiyyatını yeraltı yanacaqdan azad etməyə yönəlmiş növbəti addımdır. Yük avtomobilinin seriya buraxılışına 2019-cu ildə başlamaq planlaşdırılır.