İlon Maska məxsus olan “SpaceX” şirkətinin Crew Dragon kosmik gəmisi, 21 aprel günü partlayıb. Qeyd etmək lazımdır ki, daha öncə bu gəmi Beynəlxalq Kosmik Stansiya ilə uzlaşaraq kosmosa buraxılaraq Yer kürəsinə geri qayıtmışdır.
“SpaceX” və NASA nümayəndələri, Crew Dragon adlı gəminin qəza etməsini bir daha təsdiq ediblər. Onların sözlərinə görə, qəzanın baş vermə səbəbi məlum deyil – qəza gəminin yanğına qarşı davamlılığını sınadıqda baş verib. Beləliklə, şirkətin yay ayları üçün layihə çərçivəsində planladığı yeni uçuşlar baş tutmayacaq. Xatırladaq ki, bu planlar “Amerikanın pilot kosmonavtikası sahəsində yeni eranın başlanğıcı” kimi təqdim olunmuşdur.
Crew Dragon gəmisinin qəzasından sonra, ABŞ-ın pilot uçuşlarının inkişaf elətdirilməsini təxirə salacağı məlum olub. Lakin, yaranmış vəziyyətdən “Boeing” şirkəti istifadə edə bilər – bu şirkət də yay aylarında pilot gəmisinin uçuşunu planlayıb.