İlon Maskın “Hər kəs mütləq oxumalıdı” dediyi 11 kitab

Date:

Paylaş:

Son vaxtların ən uğurlu adamlarından olan İlon Mask sıx tempdə işləməyinə baxmayaraq, kitab oxumağa da vaxt ayırır. Bu məqalədə uğurlu iş adamının bizlərə 11 kitab tövsiyəsi var.

SpaceX, Tesla və digər bir çox nəhəng texnoloji şirkətin sahibi olan İlon Mask gərgin iş rejimi içəsirində kitab oxumaq üçündə vaxt tapa bilir. Mövzu haqqında açıqlama verən Mask, “Üzüklərin hökümdarı” seriyasından, roketlərin yaradılışı ilə bağlı qarmaşıq kitablara qədər bir çox kitab oxuduğunu və bunun sayəsində də uğur əldə etdiyini bildirib. Bu məqalədə uğurlu iş adamının, bizlərə də kömək edəcək 11 kitab tövsiyəsi var.

  1. The Lord of th e Rings ( Üzüklərin Hökümdarı”)

 

J.R.R Tolkien tərəfindən yazılmış olan “Üzüklərin Hökümdarı” adlı kitab, Mask üçün xüsusi önəm kəsb edir. Uğurlu iş adamına gələcəyə aid baxış mövqeyi qazandıran bu əsər dünyada da olduqca populyardır. Digər bir tərəfdən kitab haqqında danışan Mask “Oxuduğum kitabların qəhrəmanları dünyanı xilas etmək üçün hər zaman özlərində məsuliyyət hiss etdilər” dedi.

  1. The Hitchhiker s Guide to the Galaxy (Hitchhiker Qalaktika bələdçisi)

Douglas Adams-ın yazmış olduğu kitab, janr olaraq komediya olan elmi fantasikadır. Super kompüterlərin həyatda mövqe tutduğu mövzusu işlənən kitab da Maskın favoriləri arasındadır. Kitab haqqında danışan Mask “ Bu kitab düşüncələrimin alt zəmini hazırladı” dedi.

  1. Benjamin Franklin: “ An American Life”( Benjamin Franklin: Amerikalının həyatı)

Walter İsaacson tərəfindən yazılan kitab və Benjamin Franklin sanki bir şah əsərdir. Kitab haqqında danışan Mask “ Necə yaxşı bir təşəbbüskar  ola biləcəyinizi bu kitabdan öyrənə bilərsiz, Benjamin Frankin həqiqətən də bir qəhrəmandır” dedi.

  1. Structures: Or Why Things Dont Fall Down ( Sturkturlar: Niyə əşyalar dağılmırlar?)

J.E.Gordonun yazmış olduğu kitab, Mask üçün SpaceXin başlanğınıc təməlini yaradadırdı. Roket elminin başlanğıcını oxuduğu bu kitab sayəsində öyrənən Mask, SpaceX-də baş dizaynerlik vəzifəsinədə öz boynuna götürdü. Uğurlu iş adamının bu vəzifəni öhdəsinə götürməsinin səbəbi isə heç kimi işə götürməməyi və heç kimə güvənməməyidir.

  1. . İgnition: An İnformal History of Liquid Rocket Propellants ( Odlama: Maye Roket Təmirçilərinin Tarixi)

John D. Clark tərəfində yazılmış olan bu kitab, şübhəsiz ki, Maskın roketlər haqqındaki məlumatlarının artmasında böyük rol oynamışdır. Kitab haqqında danışan Mask, SpaceX-in Falcon Heavy roket sistemi üzərində işləyəndə kitabdan böyük dərslər aldığını ifadə edib.

  1. Superintelligence:Paths, Dangers, Strategies ( Superzəka: Yollar, Təhlükələr, Strategiyalar)

Nick Bostrom tərəfindən yazılmış kitab, xüsusilə süni zəkalar haqqında dəyərli məlumatları əhatə edir. Kitab haqqında danışan Mask, süni zəkaların gələcəyin diktatorları ola biləcəyini və bu səbəbdən də kitabın mütləq oxunması lazım olduğunu bildirib.

  1. Our Final İnvention (Bizim son kəşfimiz)

James Barratın yazmış olduğu kitab, Maskın süni zəkalar haqqında daha aydın məlumatlar əldə etməsində və mövzu barəsində məlumatlarının genişləməsinə kömək etdi.

  1. Merchants of Doubt (Şübhə tacirləri)

Naomi Oreskes və Erik M. Conway olmaq üzərə 2 elm tarixçisi tərəfindən yazılan kitab, sənaye əlaqələrinə sahib elm adamlarının tütün, həşərat dərman istifadəsi və ozon təbəqəsindəki dəliklər də daxil olmaqla xeyli ictimai səhiyyə məsələsini əhatə edən doğruları gizlətdiklərini irəli sürür. Mask kitaba olduqca dəyər vermiş olacaq ki, 2013-cü ildə bir konfransda bu kitabı hamıya tövsiyə etmişdir.

  1. The “Foundation” trilogy (Vəqf trilogiyası)

İsaac Asimov tərəfindən yazılmış olan kitab, İlon Maskın elmi fantastika və fantastika mövzusuna duyduğu marağın bir parçasıdır. Mask, kitabın kareyarsı üzərində böyük təsir göstərdiyini və dünyagörüşünü genişlətdiyini bildirir.

  1. The Moon is a Harsh Mistress ( Ay Zalım Bir Sevgilidir)

Robert Heinlein tərəfindən yazılan elmi fantastika romanı 1966-ci ildə mükafatlandırılmışdır. Kitab, gələcəyi çox uzaq olmayan bir distopiyanın rəsmini çəkir. Mask kitabın aktif xəyal gücünü inkişaf etdirmək üçün təsirli bir yol olduğunu ifadə edib. Bununla bərabər, uğulu iş adamı 2014-cü ildə bir MİT simpoziumda verdiyi bir müsahibədə kitabın Heinleinın ən yaxşı əsəri olduğunu deyib.

  1. Life 3.0: Being Human in the Age of Artificial İnteligence( Həyat 3.0: Süni Zəka Əsrində İnsan Olmaq)

Max Tegmarkın yazmış olduğu kitab, süni zəkalar haqqındadır. Maska görə kitab, süni zəkanın pisliklərdən əlavə yaxşılıq üçündə yaxşı bir güc olma ehtimalını qələmə aldığı kitabdan biridir.

Uğurlu iş adamı İlon Maskın bizə tövsiyə etdiyi bu 11 kitaba nəzər yetirəndə xüsusilə diqqətimizi çəkən şeyin, süni zəkalar olduğunu görə bilirik. Bəs, siz bu kitab tövsiyələri haqqında nələr düşünürsüz?

 

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...