Əsas səhifə Biznes Milyarder İlon Maskı nə həvəsləndirir:iş adamının dostları, qohumları və yoldaşları onun xarakteri və...

İlon Maskı nə həvəsləndirir:iş adamının dostları, qohumları və yoldaşları onun xarakteri və hobbiləri haqqında danışdılar

381

Kitab oxumaq

Scott Handelman, əmi: «O,həmişə özü ilə hər hansı bir kitab gəzdirirdi. Çox vaxt bu, gələcək və uğur haqqında kitablar olurdu. Bir uşaq olaraq, İlon vaxtının cox hissəsini  müvəffəqiyyətli və ağıllı insanlara sərf etməyə çalışırdı. O, onlara diqqətlə qulaq asır və sonra suallarını verirdi».

Peter Nicholson,Maskın Scotiabank’da ki təcrübə zamanı müdiri: « O fikirlərə böyük maraq göstərir və düşünür. Həmişə problemin mahiyyətinə çatmağa çalışır».

Peter Barrett, “Playground Global” şirkətinin həmtəsisçisi, Maskın  Rocket Science Games-dəki təcrübəsi zamanı müdiri. «O, maraq kəsb edən bir insandır. Bu biznes işində axtardığım bir xüsusiyyətdir».

Rich Sorkin, Jupiter Intelligence şirkətinin qurucusu və direkroru, Zip2-in keçmiş icraçı direktoru. «Mənə elə gəlir ki, İlon həmişə hər şey haqqında düşünür: dərhal edilməli olan şeylər haqqında, eləcə də onilliklər apara biləcək şeylər haqqında ».

Christy Nicholson, dost: « Onunla söhbət dərhal intellektual söhbətə çevrilir. Siz həmişə hazır olmalısınız, çünki o, tez bir zamanda elm və fəlsəfəyə doğru hərəkət edir. Hesab edirəm ki, bu cür mövzularla söhbət etmək istəməyən birisi ilə o danışmaq istəməz».

Robert Zubrin, Mars Societynin qurucusu: «2001-ci ildə İlon raketlər haqqında bir şey bilmirdi. 2007-ci ildə isə artıq o,bu mövzuda əla biliklərə sahib idi .Belə biliyi əldə etmək asan deyil: uzun müddət ciddi kitabları oxumaq lazımdır».

Yorulmadan işləmək

Scott Handelman: «İnanılmazdır, lakin o, həftədə 70-90 saat ara vermədən işləyə bilər».

Jeff Heilman, Zip2-nin satış nümayəndəsi, Maskın ilk işçisi:«Günlərin bi günü onun evində idim. Orada yalnız bir döşək və 30 ədəd Çin yeməyinin qutusu var idi. Mənzil yalnız cəmiyyət tələb etdiyi üçün lazımdır, lakin ümumilikdə tamamilə faydasızdır.İnsanlar demək olar ki,işdə yaşayırlar deyə faydasızdır».

Jim Ambras, Zip2-də məhsul inkişafının vitse-prezidenti: «İlon həftədə üç dəfə iş masasının üzərində yata bilərdi. O, yastıq və yuxu çantası olmadan betonun üzərində yatırdı. Mən bunu necə etdiyini bilmirəm».

Jeff Heilman: « İlon ümumiyyətlə yorulub yuxuya getdiyinə görə, səhər tezdən onu oyatmağı istəyirdi. Yuxu onun üçün bir mükafat deyildi. Yuxu bir maneə idi».

Jim Ambras: «Mən həmkarlarımla birlikdə Ilona’nı velosiped sürməyə dəvət etdik. Təpəyəqədər dik bir yol idi. İlon fiziki olaraq başqalarından daha pis hazırlanmışdı. Onun üçün olduqca çətin idi: bu səfərdə özünə işgəncə etdi. Amma o, imtina etmədi.

İlonun digər insanlardan fərqi nədədir deyə  soruşduqda mən cavab verirəm: “Onun yerinə gələn hər kim olsaydı geri dönüb evinə gedərdi”.İlon müvəffəqiyyət uğrunda sümükləri ilə uzanmağa hazır olan Sumner Redstone ,Viacomdan kimi insanlara həmişə heyran qalıb».

Speçnazın üsulları

Jim Ambras: «O, həmişə zamana ciddi yanaşır: hər hansı bir vəzifəyə ya bir saat və ya da bir gün sərf etmək lazımdır. Bundan artıq yox. O, iş saatı barədə danışarkən bir neçə gün keçəcəyini başa düşürdüm. Günə gəldikdə isə, iş zamanının ən azı bir həftə, bəlkə də iki həfdə olacağını bilirdim».

Jeremy Hallman, SpaceX-də keçmiş test mühəndisi: «O, bizə nə qədər xərc olacağını heç vaxt soruşmurdu.Mövzu həmişə vaxt idi. Vaxt özü puldur. Nəticədə bir çoxumuz daha gərgin və çox işləyirdik ».

Jim Ambras: «Xatırlayıram ki, o, axşam saat 9-da ofisin ətrafında , mühəndislərin işdə olmadıqları üçün çox qəzəbli şəkildə fırlanırdı. Axşam saat 9 da.

O, tez-tez insanlarla mübahisə edirdi. Onların fikirləri İlonun fikirləri ilə fərqləndikdə, o, onlara öz fikirlərlərini inandırmağa çalışırdı. Bu münaqişələrə gətirib çıxarırdı».

Jim Cantrell, Vector Launch şirkətinin icraçı direktoru, SpaceX-nin təsisçisi: «O qəzəbləndiyi zaman həqiqətən qəzəblənir. İlk dəfə Falcon 1 üçün yanacaq çənlərinin qiyməti üstündə onunla mübahisə etdik. İlon qəzəbli vaxtlarında  telefon zəngləri ilə tanınır. Onunla bir dəfə belə bir telefon danışığımız olub».

Robert Zubrin: «O, cəsarətli bir fikir təklif edə bilər və sonra onu gerçəkləşdirmək üçün işləyə bilər. Bu, böyük gücün əlamətidir».

Lars Moravi, , Chassis Dynamics Engineering, Teslanın direktoru: «İlon artıq işləyən şeylərə çox vaxt sərf etmir, problemlərin həlli ilə  maraqlanır».

Nailiyyətlər ləyaqət kimidir

Robert Zubrin: «Məndən bəzən İlon Maskı nə həvəsləndirir deyə soruşurlr.Mən cavab verirem ki,pul yox. İlon, əlbəttə, pulu sevir və faydalarını görür, lakin bu, onun məqsədi deyil».

Christy Nicholson: «Bildiyimiz kimi, İlon dünya üçün daha yaxşı bir yer yaratmaq istəyir. O, böyük çətinliklərə meydan oxumaq və onları aradan qaldırmaq istəyir. Bu, bir çox böyük ixtiraçıların bir xarakter xüsusiyyətidir. İlon inanılmaz bir ideyadan yapışır  və onu həyata keçirmək üçün çalışır».

Scott Handelman: «Onunla ünsiyyət qurarkən milyardlarla dollar və ya şöhrət istədiyini hiss etmirəm. O, məqsədlərinə çatmaq istəyir».

Robert Zubrin: «O,ana Tereza deyil. Onda da eqoistlik payı var, amma bu Şekspirin məşhur oyunundan Beşinci Henry’in eqoizmidir. Henry kimi, İlon da şöhrət istəyir».

Tim Fernholz, yazıçı: «O, işi barədə danışmağı xoşlayır. Hər hansı bir nüfuzlu şəxs kimi, o, ictimaiyyətin gördüyü yolu nəzarət etməyi sevir. Beləliklə, mətbuatonunla razılaşdığı zamanı xoşlayır.Ona etiraz edildiyi zaman o narazi olur».

Robert Zubrin:«O diqqət mərkəzində olmaq istəyir. Bu həm bir üstünlük, həm də bir dezavantajdır. Siz digər SpaceX işçiləri haqqında eşitməmisiniz, çünki İlon heç kim ilə şöhrəti bölüşmür. Bu İlondur. Bəşəriyyət üçün böyük şeylər etmək istəyir,  və bu yalnız onun ləyaqəti olmalıdır ».

İstirahət

Peter Barrett: «İşə qəbul edərkən vəzifələrin təsvirində, biz ərizəçilərin Doom oynamağı bacarması şərtlərini əlavə etdik və onlar öz öhdəliklərini bilməli idilər. Elə görünür ki, İlon  hər ikisini bacarırdı».

Tim Fernholtz: «İlk tanışlıqda çox ciddi bir insan kimi görsənir. Lakin İlon da yumor, məkrli və nifrət hissi duyur».

Jeremy Hallman: «Vaxt keçdikcə tətil şərəfinə SpaceX’də keçirilən partilər  qeyri-adi şöhrət qazanırdı. İlon insanları tam güclə işlədir, amma imkan daxilində, onlara bir az əylənmək fürsəti verir».

Jim Ambras: «İlon həmişə avtomobilləri sevirdi. Zip2-nin uğurlu satışından sonra o, o illərin ən sürətli maşını olan McLaren F1-in 64 nüsxəsinə 1 milyon dollar xərclədi. Maraqlıdır ki, mən onunla bu avtomobil barədə söhbət edəndə, o bu avtomobili almağından daha çox iki saat sonra bu avtomobili almaq istəyən  Elton Johndanu qabaqladığına qürurlanırdı.

Böyük xəyallar

Scott Hadelmann: «O, həmişə kosmik səfərlər haqqında  xəyal qururdu. “Avtostopla qalaktikada” -onun yeniyetmə vaxtında  oxuduğu ən sevimli kitabı idi».

Jim Cantrell: «Əvvəlcə o, siçanları Marsa göndərməyi planlaşdırırdı. Orada onların arta biləcəklərini göstərmək üçün. Sonra onları sağ evə qaytarmaq istiyirdi».

Robert Zubrin: «[Rusiyada bir cəhddən sonra ucuz raket almağa müvəffəq olmayınca] Mask, Amerikadakı ucuz raketlərin buraxılmasının yeganə yol olduğunu başa düşdü. Tarix, kosmosu fəth edə biləcəyini düşünən bir çox milyarder bilir. Onların hər biri hər-hansı vizionerə 50 milyon dollar verirdi.

Bir müddət sonra bu pullar sona çatırdı, problemlərin sayı çoxalırdı və beləliklə milyarderlər maraqlarını itirirdi. Ilon SpaceX’i qurduqda biz belə bir inkişaf nəticəsi gözləyirdik.

İlon şirkətə yalnız pul qoymdı, həm də ürəyini, ruhunu, ağlinı verdi. O, öz istedadını bura qoydu: yalnız alim istedadını yox , həm də iş adamı istedadını. İlon doğru komanda yığdı və uyğun bir korporativ mədəniyyət yaratdı».

Jim Cantrell: «İlona pul lazım deyil, ona Mars lazımdır. Bir dəfə xatırlayıram, ona dedim ki: “Bax, Ilon, bizə ROI haqqında düşünmək lazımdır.” O, mənə cavab verdi: “Mən ROI haqqında düşünmürəm».

Jeremy Hallman: «O, bu, şirkətin yaradılmasının əsas məqsədinə yönəlmişdi – hansı olursa olsun, Tesla və ya SpaceX. Ən başından bəri biz bilirdik ki, Falcon 1 ilk addımdır, Falcon 9 daha böyük addım  və sonra Marsa ağır roket göndərə bilərik. Son məqsədi insanlığın digər planetləri öyrənə bilməsi üçün  raketlərin sürətini artırmaq və xərcləri azaltmaqdır».

Jim Cantrell: «O uğursuzluq ehtimalını təsəvvür edə bilmir. Mükəmməl olmaq üçün iman və həvəs lazımdır. Onlar var idi. Özüm də daxil olmaqla, bir çoxumuz bunu necə etmək olar başa düşə  bilmirdik , o isə bunda necə uğursuzluq əldə etmək olar onu anlamırdı».

Christy Nicholson: «Mən SpaceX-in- onun ürəyi və ruhu olduğunu düşünürəm. Bir çox insanlar Tesla’nın onun üçün ilk sırada olduğunu düşünürlər. Lakin onun ruhu SpaceX-di. Hesab edirəm ki, onun üçün hər şeydən imtina etməyə hazırdır».