İlon Mask yeni elektopikapı bu cür reklam etdi

Date:

Paylaş:

İlon Mask Qrayms təxəllüsü ilə məşhur olan müğənni Kler Elis Buşe ilə birlikdə “Tesla” kompaniyasının məhsulu olan elektrik mühərrikli “Tesla Cybertruck” pikapla Kaliforniya Ştatının Los-Anceles şəhərinin küçələrini gəzib.

İlk dəfədir Kaliforniya meqapolisi küçələrində görünən pikapın seriya istehsalı 2021-ci ilə planlaşdırılır. Kompaniya artıq 250 mindən çox sifariş qəbul edib. İlon Mask noyabrın sonlarında avtomobilin təqdimatında onun kuzasının xüsusilə möhkəm olduğunu deyib: çəkiclə endirilən zərbə pikapın qapısında iz qoymayıb, üstünə ağır metal şar atılan pəncərə şüşəsində isə yalnız çatlar əmələ gəlib.

Elektromobil mühərrikin sayı və ötürücü tipindən asılı olaraq, üç komplektdə – 39,9 min, 49,9 min və 69,9 min dollara satışa çıxarılacaq. Pikapın ən bahalı variantı əlavə enerji yüklənmədən 800 kilometr məsafə qət edə, saatda 100 kilometr sürəti isə 2,9 saniyədə yığa bilir. Onun yükdaşıma qabiliyyəti 1,5 tondur.

Qeyd edək ki, 2003-cü ildə İlon Mask tərəfindən əsası qoyulan kompaniyasının mənzil qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Əvvəlcə elektromobil istehsalı üzrə ixtisaslaşan “Tesla” sonradan günəş batareyaları və digər enerji toplama sistemləri hazırlamağa başlayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...