Əsas səhifə Xəbərlər Digər xəbərlər İlon Mask istifadəçiləri “Facebook” hesablarını bağlamağa çağırıb

İlon Mask istifadəçiləri “Facebook” hesablarını bağlamağa çağırıb

13
Paylaş

Milyarder İlon Mask #DeleteFacebook kampaniyasının tərəfdarlarını dəstəkləyərək, Mark Çukerbergin sosial şəbəkəsini bəyəndmədiyini bildirib.

Bizplus.az “Forbes”ə istinadən xəbər verir ki, İlon Mask istifadəçiləri “Facebook” dan çıxmağa səsləyib. Amerikan aktyor Saşa Baron Koen “Twitter” hesabında sosial şəbəkəni tənqid edərək deyib:

“Biz bir insanın 2,5 milyard nəfərin su təchizatını idarə etməsinə icazə vermirik. Biz bir insanın 2,5 milyard nəfərin enerji təchizatını idarə etməsinə icazə vermirik. Bəs niyə bir insanın 2,5 milyard nəfərin məlumatlarını idarə etməsinə icazə veririk? Facebook-a dövlət nəzarət etməlidir, imperator yox”, – Koen yazır.

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi isə aktyorun yazdığına belə cavab verib: “DeleteFacebook”.

Xatırladaq ki, 2018-ci ildə Mask “SpaceX” və “Tesla” nın” Facebook” dakı hesablarını sildi və bildirdi ki, onun bu sosial şəbəkədən xoşu gəlmir.

İlon Mask “Facebook” dan heç vaxt istifadə etmədiyini və istifadə etməyəcəyini bildirib.

“DeleteFacebook” hərəkatı 2018-ci ildə, İngiltərənin “Cambridge Analytica” şirkəti ilə qalmaqaldan sonra yaranıb. Belə ki, şirkət siyasi məsələlərlə bağlı “Facebook” un milyonlarla istifadəçisinin məlumatlarından istifadə edib. Sosial şəbəkənin verdiyi məlumata görə, bundan təqribən 87 milyon insana zərər dəyib.