İlon Maskın “Space X Dragon” gəmisi Beynəlxalq Kosmik Stansiyaya marixuana bitkisinin nümunələrini çatdıracaq.
“The Sun” xəbər verir ki, uçuş 2020-ci ilin mart ayında baş tutacaq.
Marixuana orbitdə yalnız elmi təcrübə üçün istifadə oluncaq. Alimlər kanabisin köməyi ilə bitkilərin kosmosda mutasiya nəzəriyyəsini yoxlamaq niyyətindədirlər.
Qeyd olunur ki, marixuana kosmosda 30 gün qaldıqdan sonra Yerə qaytarılacaq.