Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İlon Mask 61 milyonluq kredit götürüb

İlon Mask 61 milyonluq kredit götürüb

399
Paylaş

“Tesla” və “Space X” şirkətlərinin qurucusu İlon Mask 61 milyon dollarlıq ipoteka götürüb.

Bu barədə “Bloomberg” yazıb. Nəşrin yazdığına görə, milyarder ötən il 4 daşınmaz əmlak almaq üçün “Morgan Stanley” bankından ipoteka götürüb. Daha sonra isə 2012-ci ildə götürdüyü ipoteka kreditini yenidən maliyyələşdirib. Mask 30 il ərzində hər ay 180 min dollar ödəyəcək.

Biznesmen özü məsələyə münasibət bildirməyib.