Kompüter üçün ilk məşhur parolun ixtiraçısı Fernando Korbato vəfat edib

Date:

Paylaş:

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib.

Massaçusets Hesablama Mərkəzinin əməkdaşı olan F.Korbato 1950-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsini, 1956-cı ildə isə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini alıb. 1962-ci ildə dosent olan alim 1965-ci ildə professor vəzifəsinə qədər yüksəlib. 1974-1978-ci və 1983-1993-cü illərdə kompüter elmləri və mühəndislik kafedrasının müdir müavini vəzifəsində çalışıb.

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı istifadəçi hesablarının parolla qorunması konsepsiyasını 1961-ci ildə mütəxəssislər qrupu ilə birgə bir neçə adama eyni anda kompüterdən istifadəyə imkan verən vaxtın bölünməsi ideyası (Compatible Time-Sharing System, CTSS) əsasında proqram paketinin hazırlanması zamanı yaradıb.

F.Korbato 1990-cı ildə vaxt və resursların ayrılması ilə ümumi təyinatlı kompüter sistemlərinin hazırlanmasına verdiyi böyük töhfəyə görə “Turing Award” mükafatına layiq görülüb.

Bu, alimin yeganə yeniliyi olmayıb. “CTSS” sistemindən eyni anda istifadə modeli kompüter cavablarının gözləmə vaxtını saatlardan saniyələrədək azaltmaqla texnologiyanı daha praktik edib. Onun “Multics time-sharing system” sistemi isə “Linux” kimi gələcək əməliyyat sistemləri üçün əsas rolunu oynayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...