Avstraliyalı startapçılar dünyada ilk işlək istilik batareyası hazırlayıblar. Batareyanın istismar müddəti 20 ildir və litium-ion batareyaları ilə müqayisədə 6 dəfə daha çox enerji saxlaya bilər, həmçinin 60-80% ucuzdur.
“TED” (Thermal Energy Device) – bu, istənilən növ elektrik enerjisini (günəş, külək, qalıq və bilavasitə şəbəkədən alınan) birləşdirə bilən modulyar enerji toplayıcısıdır və onu xüsusi izolyasiyalı kamerada silisiumun qızdırılması və əridilməsi üçün istifadə edir. Standart TED batareyası özündə 1,2 meqavatt-saat enerji saxlayır və asanlıqla 6 metrlik konteynerə yerləşir.
İstehsalçıların məlumatına görə, yeni həll qurğuşun-turşu batareyası ilə müqayisədə 12 dəfə, litium-ion batareyaları ilə müqayisədə isə bir neçə dəfə çox enerji saxlaya bilər.