İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Date:

Paylaş:

Tezliklə ilk “ağıllı” “Nokia” televizoru təqdim ediləcək.

Bizplus.az bildirir ki, artıq “Nokia” televizoru Hindistan Standartlar Bürosunda sertifikatlaşdırmadan keçib. İstehsalçının məlumatına görə, televizor “4K” təsvir ölçülü 55 düym diaqonallı ekranla təchiz ediləcək. Qurğunun təsvirində daha yaxşı kontrasta və daha dərin qara rəngə nail olmağa imkan verən “ağıllı” tündləşdirmə texnologiyasından istifadə edildiyi qeyd olunur. Digər istehsalçılar tərəfindən bu funksiya lokal tündləşdirmə adlanır. Bundan əlavə, yeni qurğuda “JBL” akustikasından istifadə nəzərdə tutulur.

Məlumata görə, “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək “Nokia” televizoru “Google Play” əlavələr mağazası ilə təchiz ediləcək. Modeldə “Android TV” və ya şirkətin şəxsi proqram təminatından istifadə ediləcəyi barədə məlumat verilmir.

İlkin məlumata görə, “Nokia” televizoru Hindistanda istehsal olunmaqla yaxın vaxtlarda bu ölkədə təqdim ediləcək. Yeni məhsulun digər regionlarda satışa çıxarılacağı barədə açıqlama verilmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...