Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri İlham Məmmədzadə “Veysəloğlu” şirkətində tutduğu vəzifədən ayrılıb

İlham Məmmədzadə “Veysəloğlu” şirkətində tutduğu vəzifədən ayrılıb

26
İlham Məmmədzadə “Veysəloğlu”
İlham Məmmədzadə “Veysəloğlu”

Veysəloğlu”  Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə tutduğu vəzifədən ayrılıb.

Bu barədə İlham Məmmədzadə özü bildirib:

“Bu gündən etibarən “Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım. Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik “Veysəloğlu” şirkətində işləməkdən məmnun oldum”.

İlham Məmmədzadə fəaliyyət dönəmində əsas məqsədinin  “Veysəloğlu”nun ictimaiyyətdə müsbət korporativ imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması olduğunu qeyd edib

“Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma təşəkkürümü bildirirəm”.

Rəy bildir

Please enter your comment!
Please enter your name here