İldə 1 dollar maaş alan milyarder Bloomberg

Date:

Paylaş:

O, sərvəti haqqında danışmağı sevmir. Lakin Amerikanı idarə edən 50 yəhudidən biri sayılır. Maraqlıdır ki, sözügedən şəxs nə əsil-nəcabətli Almaniya, nə də Böyük Britaniya yəhudisidir. Ailəsi Amerikaya Belarusiyadan miqrasiya edib. Bir zamanlar avtodayanacaqda qəpik-quruşa işləyib. Hazırda tabeliyində 9 min 500 nəfər çalışır. Söhbət media maqnatı Maykl Blumberqdən gedir.

Rus yəhudisi

Maykl Blumberq 14 fevral 1942-ci ildə Bostonda anadan olub. Atası süd fermasında mühasib, anası evdar xanım olub. Blumberqlər əslən yəhudidirlər. Lakin bu, əsil-nəcabətli Böyük Britaniya, Almaniya yəhudi ailəsi deyil, onlar əslən Belarusiyadandırlar.

Tarix və ədəbiyyat fənləri dünyagörüşünü dəyişir

Blumberq yaxşı oxuyan şagird olmayıb. Orta təhsilinin ilk illərini sadəcə yola verib. Ta ki yuxarı siniflərdə tarix və ədəbiyyat dərslərinin tədrisinə qədər. Ali təhsilə gəldikdə, Con Hopkins Universitetində və Harvard biznes məktəbində oxuyub.

Yeri gəlmişkən, tələbəykən o, xərclərini ödəmək üçün avtodayanacaqda işləyib. 1964-cü ildə Con Hopkins Universitetindən elekrik mühəndisi ixtisası üzrə məzun olub. İki il sonra Harvarddan MBA diplomu alaraq, işgüzar idarəetmə üzrə magistr adını qazanıb. Uoll Streetdə maliyyə təşkilatı olan “Salomon Brothers”də işə başlayıb. Altı illik əmək fəaliyyəti dövründə karyerasını qurmağı bacarıb. Hətta şirkətin bərabərhüquqlu ortağına çevrilib və informasiya sistemi üzrə rəhbər təyin edilib. Əslində, Maykl ixtisasına görə bu vəzifəyə ən uyğun namizəd idi. Amma onun sevinci uzun çəkmədi. “Salomon Brothers” neft, metal və fərqli kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan “Phirbo” şirkətiylə birləşdikdən sonra Blunberqin adı ixtisar siyahısına düşdü. Bəzi versiyalara görə, işdə həddən artıq fəallıq nümayiş etdirməsi onun başına bəla oldu. Başqa sözlə, Maykl şirkətin yeni rəhbərliyini qıcıqlandırıb və onun adını ixtisara düşən işçilərin siyahısına əlavə ediblər.

“Blumberq LP” necə yarandı?

İşini itirmək onu depresiyaya salmadı. Əksinə, qarşısında yeni imkanlar açdı. O, şirkətləri maliyyə informasiyası ilə təmin etməyi qərara aldı. Məşhur “Blumberq LP”nin sələfi olan “Innovative Market Systems” şirkətini yaratdı. Həmin dövrdə sektorda yeganə rəqib “Reuters” idi.

Başlanğıc kapitalı 10 milyon dollar olan şirkətin ilk müştərisi investisiya bankı Merrill Lynch olur. Merrill Lynch kimi məşhur qrumun yeni yaranmış, iş təcrübəsi olmayan şirkətlə necə müqavilə imzalamasına gəlincə, bu, biznes tarixinin ən böyük əfsanəsi sayılır. Belə ki, Mayklın şəxsən bankın ofisinə getdiyi və şirkətinin biznes- planını rəhbərliyə təqdim etdiyi deyilir.

Sirr ondadır ki, Maykl banka əvvəlcə pilot versiyanı göstərmişdi. “Innovative Market Systems”i sınaqdan keçirən bank bu yeni layihəyə heyran olur. Çünki sistem fond birjasından məlumatları sürətlə toplaya bilirdi. Merrill Lync dərhal terminaldan daha 20-ni sifariş verir. Beləliklə, Maykılın ilk müştərisi və investoru meydana çıxır. “Merrill Lynch” 30 milyon dollar ödəyərək “Innovative Market Systems” şirkətinin səhmlərinin 20 faizini alır. Bu kapital Blumberqə gərəkli olur. Böyük pullara doğru gedən yolun qapısı onun üzünə açılır.

Hazırda “Bloomberg LP” dünyada maliyyə xəbərlərinin aparıcı təchizatçısı sayılır.

Milyardlar

Böhranadək varidatının həcminə görə, Maykl Blumberq amerikalı iş adamlarının arasında 8-ci yerdə idi. Maliyyə böhranı Blumberqin biznesinə təsir göstərsə də, bu, digər biznesmenlərə dəyən ziyan qədər çox olmur. Bununla belə, “Forbes” jurnalı media maqnatının 4 milyard dollar itirdiyini iddia edir. Jurnal 2014-cü ildə onun sərvətini 33, 6 milyard dollar civarında dəyərləndirib.

M.Blumberq dünyanın 16-cı ən varlı sakinidir. Bu arada o, vəfatından sonra bütün pullarının xeyriyyə məqsədləriylə xərclənməsini vəsiyyət edib.

Nyu-York meri

M. Blumberq 12 il Amerikanın ən böyük şəhərinin sahibi olub. Belə ki, o, 2001-ci ildə Nyu Morkun meri seçilib. Belə yüksək postu əldə etməsində iki faktor rol oynayıb. Birincisi, M.Blumberq öz reklam kampaniyasını aparmaq üçün yaxşı maliyyə imkanlarına sahib idi. Hesablamalara əsasən, o, mer seçkilərindəki təbliğatına 74 milyon dollar xərcləyibmiş. İkinci səbəb isə, Mayklı özündən əvvəlki merin – Rudolf Culianinin dəstəkləməsiydi.

İş adamının mer kimi 12 illik fəaliyyəti müxtəlif cür qiymətləndirlir. Bəziləri onu tənqid, bəziləri təqdir edirlər. Amma bir həqiqət var: o da Maykl Blumberqin mer olduğu dövrdə Nyu-Yorkun Amerikanın ən zəngin şəhərinə çevrilməsi və yaşam səviyyəsinin yüksəlməsidir.

Milyarderin illik əməkhaqqı 1 dollardır

Bloomberg haqqında

Maykl Blumberqin imperiyasına “Bloomberg Markets”, “Bloomberg BusinessWeek”, Bloomberg.com, BusinessWeek.com, “BloombergRadio”, “BloombergTV” kimi

bütün dünyanı maliyyə xəbərləri ilə təmin edən kompüter şəbəkəsi daxildir.

Şirkətin səhmlərinin 88 faizi onun özünə məxsusdur. “Bloomberg“in 130 ölkədə bürosu, 9 min 500 nəfər işçisi var.

Otuz üç 33 milyard dollar sərvəti olan Mayklın illik əmək haqqısı cəmi 1 dollar təşkil edir. Yeri gəlmişkən, mer olduğu dövrdə də o, dövlətdən maaş almayıb, öz biznesindən əldə etdiyi gəlirlərlə dolanıb.

Şəxsi həyatı

Kifayət qədər yaraşıqlı olan iş adamı 1976-ci ildə Süzan Braunla evlənib. Lakin bu evlilik 1993-cü ildə bitib. Səbəb kimi də onun qadınlara aludəçiliyi göstərilir. Mayklın Süzan Braunla evlilikdən Emma və Georgina adlı iki qızı var.

Blumberqin sevgi macəralarına gəlincə, bu mövzuda yalnız bir sual hər kəsi maraqlandırır: bu qədər iş-gücün arasında Maykl eyş-işrətə necə vaxt tapır? M.Blumberqin sevgililərinin siyahısında diva Diana Ros, model Marissoy Berenson, həmçinin rəqqasə Anna Rankinq olub.

Hazırda 72 yaşlı iş adamı, maliyyəçi Diana Teylorla vətəndaş nigahında yaşayır.

Əsgərlikdə olmayıb

İş adamı, siyasətçi Maykl Blumberq hərbi xidmətdə olmayıb. Harvardı bitirdikdən sonra o, əsgərliyə gedib Vyetnamda döyüşməyə cəhd edir. Lakin səhhətini əsas gətirib onu hərbiyə qəbul etmirlər. Nəzərə çatdıraq ki, İkinci Dünya müharibəsi dövründə Blumberqin atasının da hərbiyə qəbulla bağlı müraciətinə rədd cavabı verilmişdi.

Maykl Blumberqin məşhur aforizmləri var. Məsələn, o deyir ki, verməsələr, almır. “Həmişə başqalarından çox işləmişəm. Çox uzunmüddətli planlar qurmayın. Həyat elə düzənlənib ki, hər gün bizə kiçik, amma gözlənilməz şanslar verir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...