İl ərzində ən çox gəlir əldə edən futbol klubunun adı tarixə düşüb

Date:

Paylaş:

İspaniyanın “Barselona” klubunun 2017-2018 mövsümündə əldə etdiyi gəlir açıqlanıb.

“Report” klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi il ərzində 1.05 milyard dollar (914 milyon avro) gəlir əldə edib.

İspaniya nəhəngi eyni mövsümdə bir milyard dollardan çox qazanc əldə edən ilk klub kimi tarixə düşüb.

Klubun mənfəəti isə 12,67 milyon dollar olub (11 milyon avro). Son 8 ildə “Barselona”nın gəlirləri 229 milyon dollar (199 milyon avro) olaraq müəyyənləşdirilib.

Klubun proqnozlarına əsasən, 2018/2019 maliyyə ili üçün gəlir 1.105 milyard dollara (960 milyon avro) çatmalıdır. Kataloniya klubu 2021-ci ildə isə bir milyard avro gəlir əldə etməyi hədəfləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...