Ötən il ərzində ölkəmizdə İKT sektorunun ümumi həcmi 2,2 mlrd. manat təşkil edib.
Bu sözləri, Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ,Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
O, bildirib ki, bu rəqəm gələcəkdə daha da artacaq: “İKT üzrə gəlirlər ümumi ÜDM-in 1,8%-ni, qeyri-neft sektoru üzrə isə 2,9%-ni təşkil edir”.
Nazir müavini onu da qeyd edib ki, bu gün Azərbaycanın 97,1%-i 3G və 4G internet şəbəkəsinin əhatə dairəsinə daxildir: “Əhalinin 80%-nin internetə, 75%-nin isə yüksək sürətli internetə çıxışı var”.