İki nəhəng texnologiya şirkəti ilk 5G noutbukunu təqdim ediblər

Date:

Paylaş:

Tayvanın paytaxtı Taybeydə keçirilən “Computex 2019” sərgisində “Lenovo” və “Qualcomm” şirkətləri dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk noutbuk təqdim ediblər.

“Project Limitless” adlı noutbuk fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış “Snapdragon 8cx” platforması ilə işləyir. Sistem “Kryo 495” səkkiznüvəli əsas prosessor və “Adreno 680” qrafik nüvəsi ilə təchiz edilib. Bundan başqa, noutbuk beşinci nəsil (5G) mobil şəbəkələrini dəstəkləyən modemlə təchiz edilib. Bu, 7 Qbit/s-dək pik sürəti, məlumatların qəbulu və ötürülməsi üçün isə 3 Qbit/s-dək sürəti təmin edir.

Sözügedən şirkətlər 2020-ci ilin əvvəlinədək adıçəkilən noutbukun istehsalını planlaşdırıblar.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...