İki milyarderin çəkişməsindən qazananlar kimdir? Deputat şərh verdi

1
982
İki məşhur azərbaycanlı milyarderin – “Palmali” Şirkətinin prezidenti Mübariz Mənsimovla “Lukoil”un şefi Vahid Ələkbərovun məhkəmə çəkişməsi Azərbaycan cəmiyyətində heç də birmənalı qarşalanmayıb.Azərbaycandan kənarda yaşayan, uğurlu biznes quran iki milyarder soydaşımızın qalmaqallı məsələsi onlar arasındakı münasibətləri getdikcə gərginləşdirib.

Bəs Azərbaycan əsilli milyarderlərin rəhbərlik etdiyi iki nəhəng şirkət arasında başlanan mübarizədə itirən tərəf kimdir?

Milli Məclisin deputatı Zahid Oruc biznes sahəsində çalışan insanlarda milli mənsubiyyət amillərinin qətiyyən öndə olmadığını deyib: “Əksinə, bəzən milli məsələlər arxa plana atılır  və yalnız şəxsi mənafelər öndə olur.  Görünür, hər hansısa nöqtədə maraqlar toqquşur, yaxud  da ortada tərəflərdən biri öz öhdəliyini yerinə yetirmək istəmir. Bu konteksdə də dediyiniz məsələ meydana çıxır. O nöqteyi-nəzərdən yanaşsaq ki, onların hər ikisi Azərbaycan mənşəli şəxslərdir, beynəlxalq məkana çıxıblar, transmilli şirkətlər qurublar və yaxşı brendə çevriliblər”.

Deputatın sözlərinə görə, bu cür hallar heç də millətlərin xarakterini izah etmir.

“İndi onların toqquşması təəssüf ki, bizim millətimizi xarakterizə etməkdən çox uzaq məsələdir. Eyni zamanda, yüzlərlə Rusiya şirkəti arasında baş verən münaqişədən tutmuş, ingilis kampaniyalarının bir-birnin meydanını ələ keçirmək, onların resurslarına, səhmlərinə sahiblənmək davasından da danışa bilərik. Hətta bu cür hallar Amerika qitəsini də əhatə edir. Belə xoş olmayan hadisələr heç də dövlətlərin, millətlərin xarakterini, mental keyfiyyətlərini izah etmir. Ümumiyyətlə, dünyada bu cür nümunələr çoxdur.

Ona görə də açığı, həmin hadisələrlə bağlı media məkanına tərəflərin hər birindən qaynaqlanan informasiya kütləsini intensiv şəkildə  izləmirəm. Düşünürəm ki, hər hansı hüquqi konteksdə məsələ öz həllini tapacaq”.

Xatırladaq ki, azərbaycanlı milyarder Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən “Palmali Denizçilik” şirkəti bu ilin iyulunda digər azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbərliyi altında çalışan, Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə verib. Xəzər dənizində daşıma ilə məşğul olan ən böyük şirkətlərdən olan “Palmali” müqavilə qaydalarını pozduğuna görə “Litasco”dan 2 milyard dollarlıq təzminat tələb edir.

Məhkəmə iddiası qaldırılandan 2 ay sonra – sentyabrda “LUKoil” mərkəzi ofisi Cenevrədə yerləşən “Litasco” şirkətinin satılması barədə qərar qəbul edib.

©modern

1 COMMENT