Bakıda iki şirkət dövlət qeydiyyatı keçib. Adlarından görünür ki, onlar aqroparkların idarə edicisi vəzifəsini icra edəcək.
Vergilər Nazirliyinin məlumatına görə, “Aimal Aqropark” MMC və “Cənub Aqropark” MMC fevralın 11-də qeydiyyatdan keçib. 10 manatlıq kapitala malik şirkətlər Bakı şəhəri, İstiqlaliyyət küçəsində yerləşir.
Fərid Səttarov hər iki şirkətin direktoru təyin olunub.