Əsas səhifə Biznes sahələri Texnologiya IKEA yuxu problemi olanlar üçün dəniz daşınması ilə bağlı canlı yayım hazırlayıb

IKEA yuxu problemi olanlar üçün dəniz daşınması ilə bağlı canlı yayım hazırlayıb

34

Avstraliyanın IKEA ofisi, YouTube-da  şirkətin məhsullarını İsveçdən Avstraliyaya daşıyan gəmi ilə bağlı canlı yayımı nümayiş etdirən kanal açıb.  B&T qəzeti yazır ki, kanal yuxu problemi olanlara kömək edəcək.

Canlı yayım 336 saat və ya  14 gün çəkəcək. Bütün bu müddət ərzində kanal, IKEA mebellərinin konteynerlərdə Avstraliyaya daşınmasını nümayiı etdirəcək. Dalğaların səsinin sədaları altında şirkətin əməkdaşları və “Yuxu podkastı”nın aparıcıları IKEA 2020 kataloqundan səhifələri oxuyurlar.

Gəminin səyahəti sentyabrın 26-sı başa çatacaq. Final yayımlanmasında izləyicilər gəminin limana daxil olmasının və mebellərin konteynerdən boşaldılıb şirkətin mağazlarına göndərilməsinin şahidi olacaqlar.

IKEA şirkəti “Yuxu podkastı”nı (IKEA Sleep Podcast) 2019-cu ilin yazında buraxıb. Orada aparıcılar 40 dəqiqə ərzində şirkətin mebellərinin adlarını çəkirlər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here