Ingka Group holdinqi (IKEA-nın pərakəndə satışının 90%-nə nəzarət edir) Geomagical Labs startapını əldə edib. Startap əlavə reallıq texnologiyalarını inkişaf etdirir.
Bu barədə TechCrunch xəbər verir.
Razılığın şərtləri açıqlanmır.
Geomagical Labs texnologiyası smartfon vasitəsilə tez bir zamanda otağı skan etmək imkanı yaratdığından istifadəçilər IKEA mebelləri ilə otaqlarının necə görünəcəyinin təsviri ilə tanış ola biləcəklər.
IKEA Retail-ın rəqəmsal texnologiyalar üzrə direktorunun sözlərinə görə, şirkətin məqsədi əməkdaşlıq deyil, startapı almaqdır.
Qeyd edək ki, IKEA-nın hazırladığı Geomagical texnologiyaları əsaslı tətbiq pulsuz olacaq və şirkət hələ ki, texnologiyanı digər riteylerlərə təklif etməyi düşünmür.