Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri IKEA Rusiyada yeni xidmət işə salıb

IKEA Rusiyada yeni xidmət işə salıb

78
Paylaş

IKEA Rusiyada körpələr üçün olan mebeli geri qaytarmaq xidmətini işə salıb.

Şirkətin xəbərində deyilir ki, 2019-cu ilin yanvarın 1-dən əldə edilən uşaqlar üçün çarpayını və masanı geri qaytarmaq mümkün olacaq.

Mebelleri IKEA -nın bu yaxınlarda Xodınskoy Sahəsində açdığı mağazadan başqa, digər mağazalarında geri qaytarmaq mümkün olacaq.

Mağazanın əməkdaşları mebellərdə qüsurun olub-olmamasını yoxlayacaq, əgər qüsur varsa bu halda mağazanın ucuz mallar bölməsində satışa çıxarılacaq.

Malı geri qaytaran müştəri, məhsulun dəyərinin 40% dəyərində geri dönüş kart əldə edəcəklər. “Kartın vasitəsilə, aksiya iştirakçıları IKEA mağazalarında istənilən məhsulu əldə edə biləcəklər. Bura böyük uşaqlar üçün əşyalar da daxildir”, – deyə şirkətin nümayəndəsi deyib.

Qeyd etmək yerinə düşər ki, yeni xidmət mebellərin kirayəsi proqramı çərçivəsində işə salınıb. IKEA bu biznes-modeli cari ilin mayından işə salıb. Bu gün isə loyallıq klubunun iştirakçıları bir-birilərinə ev üçün mebel və əşyaları sata bilərlər.