IKEA Rusiyada mebelin kirayəsi üzrə biznes-model buraxır.
Bu haqda “Ria Novosti” nəşri yazıb.
Bu gün isə şirkətin loyallıq klubunun iştirakçıları istifadə etmədiyi mebelləri və ev üçün məhsulları bir-birinə sata bilirdi.
Ingka şirkətinin direktorlar şurasının sədri, IKEA-nın hüquqi şəxslərindən biri Patrik Entoni deyib ki, riteyler mebellərin təkrar istehsalı və istifadəsi ilə bağlı ayrı strategiyaya malikdir. Kirayə modeli-bu strategiyanın yalnız istiqamətlərindən biridir.
Daha əvvəl şirkət Niderland, Polşa, İsveçrə, İsveçdə oxşar modeli test etməyə başlamışdı. Kampaniya ofis mebelləri üçün nəzərdə tutulmuşdu. Belə ki, bu bir çox şirkət üçün lizinq alışlarından daha səmərəli olurdu.
Qeyd etmək yerinə düşər ki, IKEA 2020-ci ilə qədər 30 ölkədə bu biznes-modelini reallaşdırmağı planlaşdırır.