Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri IKEA-nın illik dövriyyəsi ilk dəfə olaraq 40 milyard avronu ötüb

IKEA-nın illik dövriyyəsi ilk dəfə olaraq 40 milyard avronu ötüb

66
Paylaş

Bloomberg xəbər verir ki, IKEA-nın illik pərakəndə ticarət dövriyyəsi 41,3 milyard avro təşkil etməklə 40 milyard avronu ötüb. Bunun səbəbi mağazalar şəbəkəsinin genişləndirilməsi və internet-ticarətin bir çox ölkələrə yayılmasındadır.

2019-cu maliyyə ilində IKEA 12 yeni mağaza açıb və onların köməyi ilə 1 milyard izləyici toplayıb. Şirkət 2016-cı ildən bəri ən sürətli dövriyyə artımını nümayiş etdirib – o zaman bu artım, illik 36,4 milyard avro dövriyyə ilə 7,7%  təşkil edib.

2018-ci maliyyə ilində isə şirkət 9 ölkədə onlayn-mağaza təqdim edib. Bu  isveç holdinqinin planlarında Ukraynada, Yeni Zellandiyada, Vyetnam və digər ölkələrdə pərakəndə və internet-ticarəti inkişaf etdirmək var.