IKEA kirayə mebel verəcək

Date:

Paylaş:

IKEA yeni biznes modelini test edir.

Bu barədə “Financial Times” nəşri yazıb. Şirkət bu ilin fevral ayından etibarən mebellərin kirayə verilməsi üzrə pilot layihəni test edir.

“Əgər kirayəni vaxtı başa çatırsa, siz onu geri qaytara və bir başqasını götürə bilərsiniz”, – deyə Inter IKEA-ın icraçı direktoru Turbern Lef deyib. “Test ofis mebelləri üzərindən ediləcək, buna səbəb isə bir çox şirkətlərə lizinq yolu ilə alışlardansa bunun daha səmərəli olmasıdır”, – deyə nəşr yazıb. Bundan başqa, abunə üzrə mətbəx qarnituru da əlçatan olacaq.

Pilot layihənin reallaşacağı ölkə öncə İsveçrədir.

Qeyd edək ki, bu layihə IKEA-nın yeni biznes strategiyasının bir hissəsidir. Birinci addım kimi şirkət şəhər ətrafına yaxın yerlərdə mağazalarını açmışdı. Rusiyada belə bir mağaza Moskva dairəvi avtomobil yolunun yaxınlığında bu ilin yayında açıqlacağı gözlənilir.

facemark.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...