Əsas səhifə Biznes IKEA dünyanın ən bahalı rəsmi üçün 13 dollarlıq çərçivə təklif edir

IKEA dünyanın ən bahalı rəsmi üçün 13 dollarlıq çərçivə təklif edir

746
Paylaş

Dünyaca məşhur mebel nəhəngi IKEA şirkəti Leonardo Da Vinçinin “Dünyanın xilaskarı” rəsm əsərinib obrazından istifadə edərək istehsal etdiyi qızılı çərçivəni reklam edib.

Bizplus.az xəbər verir ki, sözügedən poster şirkətin Facebook hesabında paylaşılıb.

“Nə vaxtki rəsm əsərinə 450 milyon dollar xərcləyirsən, çərçivəni isə aksiyadan əldə edirsən” – deyə paylaşımda yazılıb. Təsvirin üzərində yer alan məlumatdan belə məlum olur ki, çərçivənin dəyəri 12,99 dollardır.

“Hər dahi rəsm əsərinin arxasında dahi çərçivə dayanır” – deyə qeyd olunub.

Qeyd edək ki, “Dünyanın xilaskarı” hazırda dünyanın ən bahalı rəsm əsəridir. Bu rəsm əsəri 16 noyabrda Nyu-Yorkda Christie’s hərracı zamanı 450 milyon dollara satılıb.

©banker