IKEA “ağıllı” dinamiklərin satışına başlayıb

Date:

Paylaş:

Dünyanın ən iri ev üçün məhsul və mebellər reteylerlərindən biri olan İKEA şirkəti,”ağıllı” dinamiklərin satışına başlayıb. Onlar asılqan rəf kimi də istifadə oluna biləcəklər. Fast Company yazır ki, seriyada onunla birlikdə Sonos audiosistem istehsalçısının iştirakı ilə  hazırlanmış “ağıllı” lampa da təqdim olunub.

Sonos-la birgə hazırlanmış məhsulların təqdimatını İKEA hələ yazda etmişdi. O zaman rəsmi İnstagram hesabında Symfonisk lampalarının əsas funksiyalarından bəhs edən videoçarx yerləşdirilmişdi.

Symfonisk-də iki rəqəmsal səs gücləndirici və akustika sistemi var. Korpusunda işıqlanma dərəcəsini tənzimləyən, altlığında isə musiqi səsləndiricisi düyməsi yerləşir. Lampanı mobil tətbiqdən idarə etmək mümkündür.

“Ağıllı” dinamik də bu sıradan özündə rəf-dinamik xüsusiyyətini daşıyır və eyni prinsiplə çalışır – onda musiqinin səs həddi və işə düşməsi tətbiqin köməyi ilə tənzimlənir.

Amerika mağazalarında akustik Symfonisk lampasını 179 dollara, dinamiki isə 99 dollara almaq mümkündür. 

https://www.instagram.com/p/Bv_7Hp4IGIz/?utm_source=ig_web_copy_link

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...