Əsas səhifə Nəqliyyat xəbərləri “IDRAK Technology Transfer” şirkətinin “ağıllı avtomobil” layihəsi

“IDRAK Technology Transfer” şirkətinin “ağıllı avtomobil” layihəsi

321
Paylaş

Azərbaycanın ilk avtopilot və elektrik avtomobili quraşdırılması layihəsi sərgiyə çıxarılıb.

Bizplus.az xəbər verir ki, bunu yerli “IDRAK Technology Transfer” şirkəti təklif edir.

“Layihə passiv olan dəmir yollarını aktiv hala gətirmək üçün nəzərdə tutulub”.

Bu avtomobil həm dəmir yolunda həm asfaltda hərəkət edə bilir.

Qurumun layihəsində bildirilir: “Ağıllı avtomobil yollarda hərəkət təhlükəsizliyini, sürücü və sərnişin rahatlığını təmin edir,yol-qayda pozuntularını avtomatik qeydə alır, nəqliyyat vasitəsinin idarə edilməsini asanlaşdırır.

Avtomobilin bort kompüteri nəqliyyat vasitəsinin idarəetmə imkanlarını rahatlaşdırmaq, avtomobilə və onun ətrafında baş verən proseslərə, həmçinin sərnişinlərə nəzarət etmək, onların vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaq, nəqliyyatdan rahat istifadəni təmin etmək üçün nəzərdə tutulmuşdur”.