Əsas səhifə Biznes Seçilmiş İdmançı “Walmart” tarixində “ən böyük” qəbz hesabından necə gəlir əldə edib?

İdmançı “Walmart” tarixində “ən böyük” qəbz hesabından necə gəlir əldə edib?

139
Paylaş

Gecə saat 2-də Shaquille O’Neal  Walmart-a gəlir və bu zaman şəbəkənin tarixində ilk dəfə olaraq “ən böyük qəbz” qeydə alınır. Belə ki, Shaquille 70000 dollar xərcləyir. Maraqlıdır ki, bu hadisənin geniş yayılması və müxtəlif gecə şoularında şəbəkənin bunu xatırlatması məhşura həmin 70000 dollardan da çox pul qazandırıb.

Shaq

Shaquille meydançada böyük aqressiv dominator və çox məhsuldar oyunçu olub, onun hüdudlarından kənarda isə komandanın qeyri-rəsmi lideri və özünəməxsus rəhbəridir.

O, maraql pozalarda zarafatlar edirdi, məsələn bir dəfə zarafata balaca Smart maşınında şəhəri gəzir. Gülməli olansa onun 216 sm boy və 150 kq çəki ilə belə balaca maşına əyləşməsi idi. Onu tez-tez adi mağazalarda nəsə alarkən görürdülər.

Dələduzlar kartınızı oğurlayıblar və 70000 dollar xərcləmək istəyirlər

O’Neal bir neçə dəfə bunu televiziya şoularında danışıb. Bu 2008-ci ildə baş verib. Məşqçi ilə fikir ayrılığına görə, Shaq-ı  Mayami Xit klubundan Finiks-ə keçirirlər. Burada o, növbəti 2,5 il ərzində təxminən 50 mln. dollar qazanır.

Deməli belə – Shaq Finiksə gəlir. Onun üçün tutulmuş otağa daxil olur, amma içəri tam boş olur. İdmançı mehmanxana axtarışına çıxmır və dərhal problemi həll etmək qərarına gəlir.

Belə ki, gecə saat 2-də mağazaya gedir və nə lazımdısa hamsını alır – 4-5 televizor, kompüterlər, printerlər, noutbuklar, dəsmallar, qab-qacaqlar, yataq dəstləri, köynəklər və s. Hesab 70000 dollar edir.

Shaquille kartla ödəniş etmək istəyir, amma əməliyyat həyata keçmir. Bir neçə dəfə yoxlasa da yenə alınmır. Bu zaman ona bankın təhlükəsizlik xidmətindən zəng gəlir və deyirlər ki, kimsə onun kartını oğurlayıb və Walmart-da 70000 dollarlıq alış etmək istəyir – ”Bu mənəm alış-veriş etmək istəyən!”

Walmart-a olan böyük maraq

İnsanlar şübhələniblər ki, Shaquille-in Walmart-a baş çəkməyi və məhz bura ilə bağlı hekayəsini danışmağı xoşlaması əbəs yerə deyil. Belə ki, bu şəbəkə onunla ayaqqabı ticarəti ilə məşğuldur.

2016-cı ildə  O’Neal bu şəbəkə vasitəsilə özünün “Shaq” büdcə brendi adı altında 120 milyon cüt ayaqqabı satır. Bu krossovkaların qiyməti 10-30 dollar aralığındadır. Demək dövriyyə təxminən 1,2-3,6 mlrd. dollar təşkil edib.

Ona görə də məhşurun Walmart-ı belə çox sevməsinin, orada 70000 dollar xərcləməsinin və bu barədə TV-də danışmasının əsaslı səbəbi var imiş.