Tennisçi Mariya Şarapova və milyarder Mark Kuban çəki ölçən Bala Bangles qolbaqları istehsalçısına birlikdə 900 min dollar yatırım ediblər. Bu barədə CNBC yazır.
Nəticədə Kuban və bu yaxınlarda idman karyerasını başa vurmuş Şarapovaya şirkətdən 30% çatıb. Əvvəlcə Bala Bangles yaradıcıları bizneslərinin 10%-i qarşılığnda 400 min dollar investisiya axtarsalar da sonra şərti dəyişmək qərarına gəlirlər.
Bala Bangles qolbaqları qol və ayaq biləklərinə taxılır. Onlar 450-900 qram aralığında ölçürlər və məşq zamanı əlavə ağırlıq da yarada bilirlər. Onları əsasən qantel əvəzi istifadə edirlər: məsələn, yoqa və ya fitnes-boksla məşğul olarkən.