İdman etməyə tənbəllik edənlər üçün “Future” startapı

Date:

Paylaş:

İdmanla məşğul olmaq arzusunda olub, tənbəllik edənlər üçün “Future” startapı yaradılıb.

Bu barədə Bizplus.az Orxan Əhmədin qeydlərinə əsasən məlumat verir.

Future — idmanla məşğul olmaq istəyən, lakin tənbəlliyə qalib gələ bilməyənlər üçün xidmətdir.

Future sizin üçün xüsusiləşdirilmiş məşq proqramı hazırlayan və yoxlayan şəxsi fitnes məşqçini təyin edir. Bundan əlavə məşqləri vaxtında yerinə yetirib yetirmədiyinizi apple watch üzərindən yoxlayırlar. Qeydiyyatdan keçən hər kəsə xoş gəldin hədiyyəsi olaraq su qabı və smartwatch-u olmayanlar üçün apple watch göndərilir (əslində müvəqqəti istifadəyə verilir). Future aylıq abunə haqqı 150$ təşkil edir.

Qeydiyyatdan keçdikdən sonra, istifadəçi müəyyən sullara cavab verən formu doldurur. Bundan sonra, ona şəxsi məşqçi təyin olunur və video chat üzərindən 15 dəqiqəlik tanışlıq baş verir. Məşqçi müştərisini tanıdıqdan sonra, onun üçün proqram hazırlayır və apple watch üzərindən məşqlərinə nəzarət edir. Bütün bunlar Future mobil tətbiqi üzərindən baş verir və məşq üçün əlavə musiqi, səsli göstərişlər və rəylər göndərilir.

Şirkətdən verilən məlumata əsasən beta testerlərin 95%-i abunə haqqını növbəti 3 ay üçün də davam etdirir, 85%-i isə 6 aylıq məşqdən sonra da istifadəyə davam ediblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...