Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İdman avtomobilləri istehsalçısı da “tibbi maskalar”a keçdi

İdman avtomobilləri istehsalçısı da “tibbi maskalar”a keçdi

53
Paylaş

İtaliyanın idman avtomobilləri istehsalçısı “Automobili Lamborghini” cərrahi maskalar və üz üçün qoruyucu tibbi qalxanlar istehsalı ilə bağlı özünün Sant-Aqata-Bolonyeze şəhərindəki bəzi zavodlarının təyinatını dəyişəcəyini elan edib.

Bu barədə şirkətin saytında bildirilib.

Tibbi qoruyucu vasitələr hazırda həkimlərin COVID-19 pandemiyası ilə mübarizə apardığı Bolonya xəstəxanasına çatdırılacaq.

Bildirilir ki, zavod gün ərzində 1000 maska və 200 qoruyucu ekran istehsal edəcək.

Apa