Əsas səhifə Məqalələr “İdeyaları beyninizdə saxlamayın, bir kağıza qeyd edin”

“İdeyaları beyninizdə saxlamayın, bir kağıza qeyd edin”

155
Paylaş

Şəxsi inkişaf məsələləri üzrə ekspert David Allen beyni necə yoxlamadan  keçirməyi izah edir.

Beyin ideyaları düşünmək üçündür onları yadda saxlamaq üçün yox. “Mental yoxlama” onları beyninizdən GTD (Getting Things Done – “işləri necə qaydaya salmaq lazımdır”) sisteminə ötürməyə imkan verir.

Əgər insanların əksəriyyəti kimisinizsə demək ki, sizin də çoxlu fikirləriniz var – onları bir yerə toplayıb qeyd etmək lazımdır. Diqqətinizi çəkən hər bir şeyi qeydə almaq lazımdır, həm də bunları:

1 . Görmək istədiyiniz işləri

2 . Yerinə yetirib-yetirməmək barədə tərəddüddə qaldığınız işləri

3 . İmtina etmək istəmədiyiniz kreativ ideyaları

Düşüncə su kimidir

Təsəvvür edin ki, beyninizdə bütün təlaş və təzyiqlərdən azad təmiz bir sahə var. Siz fikrinizi yayındırmadan diqqətinizi 100% əsas tapşırıqlara yönəldə biləcəksiniz. Anı yaşaya biləcəksiniz. Diqqətli olacaqsınız və diqqətinizi nəzarətdə də saxlaya biləcəksiniz.

“Düşüncə su kimidir” – bu, beyninizin təmiz olduğu  məişət təcrübəsidir və siz istədiyiniz hər bir şeyə fikrinizi cəmləməyə qadirsiniz. Siz hər şeyə hazırsınız. GTD metodologiyası bütünlükdə buna nail olmaq üçün yaradılıb, ona görə də mütəmadi olaraq “yoxlama” həyata keçirməklə  beyninizi təmizləyin.

Addım-addım

Birinci addım. “Əqli yoxlama” üçün 20-30 dəqiqə vaxt nəzərə alın.

İkinci addım. İlk yoxlamanızı həyata keçirin.

Üçüncü addım.  Əldə etdiklərinizi lövhəyə yerləşdirin.

Birinci addım. “Zehni yoxlama” üçün 20-30 dəqiqə vaxt nəzərdə tutun

Beni yoxlamaq nə deməkdir?

Əqli yoxlama ağlınızda olanların hamısını sadəcə qeyd etmək deməkdir. Bu,  beyninizi təmamilə təmizləmək vasitəsidir və bunu beyninizdə olan hər bir şeyi toplayıb kağıza yazmaqla edirsiniz.

İkinci addım. İlk yoxlamanızı həyata keçirin

Bu istiqamətdə işləyə biləcəyiniz sakit bir yer tapın. Əlinizə qələm və kağız götürün. Beyninizdə tutduğunuz və diqqətinizi çəkən hər bir fikri, ideyanı və ya layihəni qeydə alın. Bəli, bu, təmamilə şifahi bir təmizləmədir.

Əgər hər bir fikri ayrıca bir vərəqə yazsanız bu, digər addımları da asanlaşdırcaq, amma əgər uzun siyahıya və ya rəqəmsal cihazda  qeydə alınmaya üstünlük verirsinizsə onlar da uyğundur.

Üçüncü addım. Əldə etdiklərinizi lövhəyə yerləşdirin

Bütün vərəqləri, alınan siyahıları və ya istənilən başqa qeydləri lövhənizə yerləşdirin.

Bu lövhənin ən yaxşı tərəfi ondan ibarətdir ki, siz bu qeydlər barədə, onları həyata keçirməyə hazır olanadək heç nə düşünmək, heç bir qərar qəbul etmək məcburiyyətində qalmırsınız və bir qədər sonra düşünmək üçün faydalı olacaq heç bir şeyi də qaçırmayacaqsınız.

Kədər və rahatlıq!

Əqli yoxlama həyata keçirdikdən sonra insanlar çox vaxt həm kədər həm də rahatlıq hissi yaşayırlar. Kədərlənirlər ona görə ki, çox uzun müddət beyinlərində gizlənib qalan faktlar açılır. Güman ki, bu, özünə və ya digər insanlara hər hansısa vəddir. Artıq onlar sisteminizdədirlər və onlarla nə etmək barədə qərar qəbul edə bilərsiniz.

Rahatlıq isə ona görə gəlir ki, bütün bu məqamlar beyindən sistemə köçür. Pis və ya yaxşı olmalarından asılı olmayaraq, mövcud həqiqətlərin fərqinə varmaq həmişə müsbət nəticə verir.