Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Rəqib kosmetika mağazaları vahid ad altında birləşiblər

Rəqib kosmetika mağazaları vahid ad altında birləşiblər

99
Paylaş

“IDEAL” parfumeriya və kosmetika mağazalarının sahibi rəqib “Sabina” parfurmeriya mağazalar şəbəkəsini aldıqdan sonra adını dəyişdirib.

Bizplus.az-ın əldə etdiyi məlumata əsasən, buna qədər “IDEAL”ın sahibi kimi tanınan “İDEAL KOMPANİ” MMC, adını dəyişdirərək, “ADORE KOMPANİ” MMC kimi dövlət qeydiyyatına aldırıb.

Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişiklik isə 10 yanvar 2020-ci ildə baş verib.

Bildirilir ki, şirkətin bütün mağazaları “IDEAL” brendi altında öz fəaliyyətlərini davam edəcəklər.

Hazırda 3,2 milyonluq nizamnamə kapitalına sahib olan “ADORE Kompani”nin qanuni təmsilçisi və ya sahibi Samir Əliyev Yalçın oğlu sayılır.

Bildirək ki, indiki “ADORE Kompani”nin “Sabina” parfumeriya mağazasını hansı sövdələşmə əsnasında və hansı qiymətə alması barədə ictimayyətə hər hansısa məlumat sızmayıb.

Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası var və bu şəbəkə fəaliyyətinə İDEAL brendindən daha əvvəl başlayıb. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.