Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri İcra başçısı zavoddakı “böhran”ın hesabını “Azərsun Holdinq”dən soracaq

İcra başçısı zavoddakı “böhran”ın hesabını “Azərsun Holdinq”dən soracaq

56
Paylaş

“Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodu bağlanıb və yüzlərlə əməkdaş işdən azad edilib.

Buna etiraz olaraq, sözügedən zavodun işçiləri bu gün zavodun qarşısında aksiya keçirib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, aksiya iştirakçıları zavodun qarşısına toplaşaraq işdən azad olunmalarına etiraz ediblər.

Onların sözlərinə görə, işdən çıxarılmalarına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır. Artıq İmişli Şəkər Zavodunun nümayəndəsi aksiyaya toplaşanlarla görüşüb və onlara bir ay müddətində yenidən işlərinə qayıdacaqlarını vəd edib. Lakin işçilər deyirlər ki, 2019-cu ilin dekabrında 80-dən çox işçi işdən çıxarıldı, onlara tezliklə işə qayıdacaqları haqda vəd verildi. Amma bu baş vermədi.

Qeyd edək ki, bu dəfə işindən olanların sayı 450-500 nəfərə yaxındır.

Məlumatlara görə rayonun icra hakimiyyəti başçısı yaranmış vəziyyətlə bağlı Bakıya gəlib, onun işçilərin kütləvi ixtisarını “Azərsun Holdinq” rəhbərliyi ilə müzakirə edəcəyi gözlənilir.