Əsas səhifə Biznes sahələri Texnologiya IBM 53 kubitlik kvant kompyuter hazırlayır

IBM 53 kubitlik kvant kompyuter hazırlayır

148
Paylaş

Oktyabrın ortaları çıxmalı olan yeni sistem ən universal kvant kompyuteri olacaq və xarici istifadəyə uyğundur. Bu barədə TechCrunch xəbər verir.

Yeni maşın Nyu-York ştatında yeni IBM Quantum hesablama mərkəzinin bir hissəsi olacaq. Mahiyyət etibarı ilə IBM kvant maşınları üçün verilənlərin emalı mərkəzi olan yeni mərkəz həm də beş 20 kubitlik maşına malik olacaq, amma bu say gələn ay ərzində 14-ə çatdırılacaq.

IBM qeyd edir ki, yeni 53 kubitlik sistemin bir sıra yeni metodları var və onlar şirkətə imkan verir ki, buludlar üçün böyük və güvənli sistemlər buraxsın. O, həcmlənmənin yaxşılaşdırılması və tez-tez baş verən səhvlərin azaldılması üçün daha kompakt elektronikaya malikdir və yeni prosessor dizaynı var.

Quantum Advantage adlandırdığımıza nail olmaq üçün yeganə məqsədimiz müştərilərin qarşılaşdığı, amma yalnız müasir klassik metodlardan istifadə etməklə həll edilə bilməyən real problemləri həll edə biləcək güclü kvant sistemləri yaratmaqdır. Mən belə hesab edirəm ki, istədiyimizə nail olmuşuq”, – deyə, IBM Research-ün direktoru deyib.

IBM-in bu kvant hesablamalarını üçüncü şəxslər üçün açması faktı şirkətin öz kvant işlərinə nə dərəcədə ciddi yanaşdığının çox yaxşı göstəricisidir. Şirkət artıq kommersiya müştəriləri, akademik qurumlar və araşdırmaçı laboratoriyalarla 80 tərəfdaşlıq müqaviləsi bağlayıb. Onlardan bəziləri real problemləri həll etmək üçün maşınlardan istifadə etməyə başlayıblar, amma kvant hesablamalarının hazırki vəziyyəti yalnız əsas alqoritmlərin sınağından başqa nəyisə həll etmək üçün hələ tam hazır deyil.

Kvant texnologiyasının mahiyyəti ondan ibarətdir ki, yeni nəsil kompyuterlər minimal informasiya vahidi kimi kubitlərdən istifadə edəcəklər. Bizə yaxşı məlum olan bitlərdən fərqli olaraq, kubitlər eyni vaxtda iki vəziyyətdə ola və daha çox məlumat emal edə bilirlər.

Kvant kompyuterlərinin əsas problemi isə çox aşağı temperaturlarının olmasıdır. Bu temperaturlar sayəsində tam keçirici materialların hissəcikləri kvant vəziyyətinə keçə və  lazım olan elektrik impulslarını yarada bilirlər.

Kvant  hesablamalarını təmamilə sıfıra (mənfi 273 dərəcə selsi) yaxın olan temperatur şərtləri altında həyata keçirmək olur, amma bu hesablamaların nəticələri barədə məlumatlar əldə etmək üçün tam keçiriciləri, təbii ki, hələ tam aşağı temperaturda işləyə bilməyən adi kompyuterlərə qoşmaq lazımdır.