Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri “I2B-İdeyadan biznesə” layihəsi qalibi bəlli olub

“I2B-İdeyadan biznesə” layihəsi qalibi bəlli olub

145
Paylaş

ADA Universitetində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Microsoft” və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə “I2B-İdeyadan biznesə” layihəsi üzrə müsabiqə keçirilib.

Müsabiqəyə universitet tərəfindən elmi-tədqiqat hissəsinin təşkilatçılığı ilə müəllim və tələbələrin 29 startap layihəsi təqdim edilib. Müsabiqədə ikisi BDU-dan olmaqla 9 qrup qalib gəlib. Kimya fakültəsinin magistrantı Əliyev Əlibala “NanoDesal – Duzlu və çirkab sularının təmizlənməsi üçün yüksək effektivliyə malik nanofiltrlər” (layihənin rəhbəri professor Ülviyyə Həsənova) və biologiya fakültəsinin doktorantı Lalə Məmmədova “ANTİ-AGE şirəsi” (layihənin rəhbəri professor Ralfrid Həsənov) layihələrinə görə mükafata layiq görülüblər.